Tanınmış memardan sensasion iddia: Mingəçevir su hövzəsinin altında qədim, böyük və varlı bir şəhər olub
Şəymən Bayramova
11:07 06.02.2020
Gündəm
1236
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli Mingəçevir su anbarındakı seysmikliyin təhlükəli həddə çatdığını deyib. "2020-ci il Elazığ və Malatya zəlzələləri: tektonik və geodinamik analiz" mövzusunda keçirilən tədbirdə çıxış edən Mərkəz direktoru bu ilin yanvar ayı ərzində Azərbaycanda və onun ətraf bölgələrində 550-560 zəlzələ baş verdiyini deyib. Onun sözlərinə görə, ölkə ərazisində hər gün təkanlar qeydə alınır:
"Yanvar ayında Azərbaycanda maqnitudası 3-dən yuxarı olan 4 təkan baş verib. Bu zəlzələlər Xəzər dənizində və Mingəçevirdə olub. Dərində olduğuna görə bu zəlzələlər hiss edilməyib. Şansımız gətirib ki, Mingəçevirdə də zəlzələ dərində olub, bir az dayazda olsaydı, orada böyük fəsadlar törədərdi. Çünki Mingəçevir indiyədək seysmoloji baxımdan tam öyrənilməyib. Buvaxtadək bu məsələ qaldırılsa da, heç bir tədqiqat aparılmayıb. Mingəçevir indi Azərbaycan üçün ən təhlükəli zonadır, çünki Mingəçevir su hövzəsinin altından birbaşa qırılmalar keçir. Həmin zəlzələ də su hövzəsinin içində olub".
Memar Zemfira Budaqovanın "Şərq"ə açıqlamasına görə, Mingəçevir su hövzəsinin altında qədimdə şəhər olub:
"Bu, böyük və varlı bir şəhər olub. SSRİ dönəmində həmin ərazisini su ilə dolduraraq həmin şəhəri də, oradakı abidələri də məhv ediblər. Heç yerdə yazılmasın, danışılmasın deyə, tarixin izini itirdilər. Tək Mingəçevir də deyil. Qazaxdakı Damcılı mağarasının altı da qədimdə yeraltı şəhər olub. Bütün yolları, abidələri betonun altında məhv ediblər. Həmçinin də Bakının bir sıra ərazilərində o cür yeraltı yollarımız, yaşayış məntəqələrimiz olub. Hamısını qazıb, üstündə çoxmərtəbəli evlər tikiblər. Salatın Əsgərova küçəsində, 1 saylı Kliniki Tibbi Mərkəzin (Semaşko) yaxınlığında tarixi abidələr vardı. Zəlzələ həmin abidələrin üstünü torpaqla örtüb, görünməz edib. Həmin abidələrin yeri məlum olsa da, qazıb restoranlar, binalar tikdilər".
Memarın sözlərinə görə, nə qədər bacarsalar da, Mingəçevirin altındakı şəhərin izini itirə bilməyəcəklər:
"Bir gün su hövzəsi dağılacaq və həmin abidələr üzə çıxacaq. Orda elə gözəl dəmirağacları vardı ki, hamısının üstünü basdırıblar. Düzdür, su hövzəsi dağılacağı təqdirdə ətraf rayonlara, evlərə ziyan dəyəcək, amma bizi o qədər də böyük fəlakət gözləmir. "Su axar, çuxurunu tapar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya