Tarix təkrarlanır: “Vəfalı Türk gəldi yenə” – Unutmadıq !
Fidan Həmişəyeva
14:37 11.11.2020
Gündəm
1281
“Türkiyə yalnız bu savaşda deyil, tarix boyu Azərbaycanın yanında olub”
“Azərbaycan Xalq Cümhuriyyəti zamanı Qafqaz İslam Ordusunun gördüyü işləri, ölkəmizə xidmətini unutmadıq”
“Əslində mənəvi dəstək, maddi və siyasi-diplomatik dəstəkdən çox önəmlidir”
İkinci Dağlıq Qarabağ müharibəsinin sona çatması ilə Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Azərbaycan və Rusiya Prezidentləri və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatla Qarabağ münaqişəsinə son qoyuldu. Üçtərəfli bəyanata əsasən düşmənin Azərbaycan torpaqlarında ikinci Ermənistan dövləti yaratmaq cəhdləri iflasa uğradı.
Qarabağa heç bir status verilmir. Eyni zamanda Naxçıvanla Azərbaycanın quru əlaqəsi açılır.
Qeyd edək ki, Azərbaycanın haqq mübarizəsində qardaş Türkiyə ölkəmizə və xalqımıza sonadək dəstək verdi. Türkiyə Prezidenti və digər dövlət rəsmilərinin Azərbaycanla bağlı səsləndirdiyi fikirlər göz qabağındadır.
Qardaş ölkənin qətiyyətli mövqeyi düşmənə və onun havadarlarına çox şeyi sübut etdi. Ona görə də hazırda əldə edilmiş bəyanatda açıq şəkildə bildirilir ki, Türkiyə sülhməramlı prosesdə iştirak edəcək.
Türkiyənin sona qədər Azərbaycanın yanında olduğunu deyən Klassik Xalq Cəbhəsi Partiyası(KXCP) lideri Mirmahmud Mirəlioğlu “Sherg.az”a bildirib ki, bütün dünya Türkiyənin 27 sentyabr ikinci Qarabağ savaşında Azərbaycana mənəvi, siyasi və diplomatik dəstəyinin şahidi oldu.
KXCP sədri qeyd edib ki, Türkiyə yalnız bu savaşda deyil, tarix boyu Azərbaycanın yanında olub:
“Qardaş ölkənin dəstəyini alqışlayır və dərin təşəkkürlərimizi bildiririk. Azərbaycan Xalq Cümhuriyyəti zamanı Qafqaz İslam Ordusunun gördüyü işləri, ölkəmizə xidmətini unutmadıq.
O zaman məşhur şairimizin bir ifadəsi vardı: “Vəfalı Türk gəldi yenə”. Bu sözlər hər zaman aparıcı şüarımız olub. Əslində mənəvi dəstək, maddi və siyasi-diplomatik dəstəkdən çox önəmlidir.
Ona görə də Türkiyə Cümhuriyyətinə və onun təmsilçilərinə təşəkkür edir, dərin minnətdarlığımızı bildiririk”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət