Təhlükə sovuşmayıb: “Virusa yoluxmada artım ola bilər”
Turan
12:26 30.04.2020
Gündəm
869
“Bu səbəbdən əhali mövcud qaydalara riayət etməli və zəruri profilaktik tədbirlərin davam etdirilməsinin vacibliyini dərk etməlidir”
“Karantin rejimindəki məhdudiyyətlərin bəzisi aradan qaldırıldığı üçün əhali arasında virusa yoluxmada artım ola və prosesin ikinci dalğası başlaya bilər”.
Bu sözləri “Sherg.az”a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.
Siyasi şərhçi bildirib ki, aprelin 27-də xüsusi karantin rejiminin nisbətən yumşaldılmasına baxmayaraq ölkəmizdə koronavirus təhlükəsi hələ də sovuşmayıb:
“Rəsmi statistikaya əsasən hazırda Azərbaycanda xəstəxanalarda 500-ə qədər insan koronavirusa görə müalicə alır. Gün ərzində təxminən 30-40 nəfər sağalaraq evə buraxılsa da, hələ də ölkədə yoluxma faktı qeydə alınır. Bu isə o deməkdir ki, əhalidən hələ də qayda və qanunlara əvvəlki qaydada və ciddi riayət olunmaq gözlənilir. Karantin rejimi mayın 4-nə qədər uzadıldı. Hətta mayın 4-də karantin rejimindən çıxılsa belə, insanlar müəyyən tələblərə əməl etməli, tövsiyələri nəzərə almalıdırlar. Bunun məntiqi davamı kimi əhali də anlamalıdır ki, COVID-19 xəstəliyinə qarşı hər hansı bir qəti zaman çərçivəsinin müəyyənləşdirilməsi düzgün olmaz, çünki bu zaman tələb edən uzunmüddətli bir prosesdir. Bu səbəbdən əhali mövcud qaydalara riayət etməli və zəruri profilaktik tədbirlərin davam etdirilməsinin vacibliyini dərk etməlidir. Bunun isə yolu gigiyena qaydalarına daha ciddi riayət etməkdən keçir. Bu işdə müvafiq qurumların da üzərinə böyük iş düşür. Belə ki, gigiyena qaydalarına daha ciddi riayət olunması ilə bağlı maarifləndirici materiallar, video çarxlar bərpa olunmalı, yeniləri geniş ictimaiyyətə təqdim olunmalıdır”.
Şəbnəm Həsənova bəyan edib ki, yalnız yeni yoluxma faktı qeydə alınmadıqda, xəstəxanalarda müalicə edilən insanların sayı kəskin azaldıqda virusun ölkəmizdə yox ola bilməsi haqqında danışmaq olar:
“Ölkəmizdə hətta 1-2 nəfərdə olsa belə koronavirusa yoluxma faktı varsa, bu şəxslər risk qrupuna daxil olan insanlardır. O səbəbdən ölkədə kütləvi tədbirlər keçirilməməli, vətəndaşlar əvvəlki dövrdə olduğu kimi 2 metrlik məsafə tələbinə riayət etməlidirlər. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda koronavirusla mübarizə istiqamətində ən effektiv addımlar atıldı. Düşünülmüş və planlı işin nəticəsidir ki, digər ölkələrlə nisbətdə Azərbaycan mövcud bəladan az itkilərlə çıxdı. Xalqımız ilk günlərdən birlik nümayiş etdirdi. Cənab Prezidentin “məsuliyyətli olmalıyıq” çağırışına qulaq verən xalqımız bu müsbət tendensiyanı hələ də davam etdirməli, qayda-qanunları həyatlarının ana xətti kimi müəyyənləşdirməlidirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi