Texniki cəhətdən mümkünsüzdür: İnternetdən istifadəyə görə pasport qeydiyyatı real deyil
Məlahət Rzayeva
09:57 14.11.2019
Gündəm
643
Rusiyada internetə giriş üçün mütləq şəkildə pasportdan istifadə olunması təklifi irəli sürülüb. Belə bir təklif Rusiya Dövlət Dumasının və Federasiya Şurasının rəhbərliyinə təqdim olunub. Təklifin müəllifi, “Avanti” Sahibkarlar Assosiasiyasının rəhbəri Rəhman Yansukovun sözlərinə görə, Rusiyada internetdən istifadə etmək istəyən hər kəs pasport vasitəsilə qeydiyyatdan keçməlidir.
Bu, internet istifadəçilərinin qanunazidd əməllərini dərhal aşkar etməyə və belə şəxsləri üzə çıxarmağa, eləcə də uşaqları və yeniyetmələri qlobal şəbəkədəki mənfi təsirlərdən qorumağa imkan verəcək. O xatırladıb ki, Avstriyada artıq 2020-ci ildən internet istifadəçiləri mobil telefonlarının nömrələri vasitəsilə qeydiyyatdan keçməli olacaqlar. Dövlət Dumasının informasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsi təşəbbüsü müzakirəyə çıxarmağa razılıq verib.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz internetdən istifadəyə görə pasport qeydiyyatından keçilməsinin mümkün olmayacağı qənaətindədir:
"Hesab edirəm ki, Rusiyada irəli sürülən bu təklif internet üzərində nəzarəti gücləndirməyə yönəlib. Mən bundan pozitiv nəsə gözləmirəm. İnternet azad və sərbəst bir məkandır. İnsanlara şərait yaradılmalıdır ki, internet resurslardan sərbəst istifadə edə bilsinlər. Üstəlik, bu təklifin texnoloji cəhətdən gerçəkləşməsi də bir ayrı məsələdir. Məlumdur ki, internetlə bağlı qlobal resursların mənbəyi xaricdədir. Ona görə də düşünürəm ki, pasport qeydiyyatı məsələsini texniki cəhətdən reallaşdırmaq çətin olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə