ABŞ Prezidenti Donald Tramp Avropanı Qrenlandiya məsələsini unudub Ukraynadakı münaqişəyə diqqət yetirməyə çağırıb.
Sherg.az xəbər verir ki, Tramp NBC News-a verdiyi müsahibədə bildirib ki, Avropa Rusiyaya qarşı müharibəyə fokuslanmalıdır, Qrenlandiya isə ikinci plandadır.
Daha əvvəl Davos Forumunda Ukrayna mövzusunun müzakirəsi planlaşdırılsa da, indi diqqət Qrenlandiyaya yönəldilmişdi. Tramp ABŞ-ın Arktikadakı strateji maraqlarını qorumaq və Çin ilə Rusiyadan gələn təhlükələri idarə etmək üçün Qrenlandiyanın nəzarətinin “tamamilə vacib” olduğunu vurğulayıb.
Qeyd edək ki, Tramp yanvarın 17-də Qrenlandiya ilə bağlı məsələlər səbəbindən Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Birləşmiş Krallıq, Hollandiya və Finlandiyadan idxal edilən mallara 10% gömrük rüsumu tətbiq edəcəyini elan etmişdi. Avropa ölkələri isə buna etiraz edərək Danimarkanın suverenliyinə hörmət edilməsini tələb ediblər.