ABŞ Prezidenti Donald Tramp "The New York Times" qəzetinə verdiyi müsahibədə söyləyib ki, ABŞ-ın beynəlxalq səhnədəki hərəkətlərini məhdudlaşdıracaq yeganə amil onun “öz əxlaqı və ağlı”dır. Tramp deyib ki, onun beynəlxalq hüquqa ehtiyacı yoxdur.
Sherg.az xəbər verir ki, Tramp bu sözlərlə beynəlxalq hüququn Vaşinqton üçün əsas məhdudiyyət olmadığını vurğulayıb. O, ABŞ-ın xarici siyasətini daha çox milli maraqlarla bağlı gördüyünü, beynəlxalq hüququn tətbiq olunmasının isə tərifdən asılı olduğunu qeyd edib.
Tramp müsahibədə həmçinin Venesuela, Rusya‑Ukrayna müharibəsi və digər geosiyasi mövzularda fikirlərini bölüşüb, ABŞ‑ın qərar verərkən beynəlxalq hüquqdan çox öz mənafelərini əsas götürdüyünü bildirib.
Bu açıqlama beynəlxalq hüquqçular və dünya liderləri tərəfindən tənqid mövzusu olub və ABŞ‑ın xarici siyasətinin gələcəyinə dair suallar doğurub.