Tramp bunu etsə, adını dünya tarixinə yazdıracaq - Korotçenko

Bu və ya digər ssenari üzrə Qrenlandiya ABŞ tərəfindən ilhaq edilsəydi, bu, Trampın adını ABŞ və dünya tarixində əbədiləşdirəcək və 21-ci əsrdə sabitliyi baxımından Amerikanı əsas güc mərkəzləri, ilk növbədə Çinlə geosiyasi rəqabətdə əsas faktora çevirərdi.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko deyib.

O bildirib ki, Qrenlandiyanın mümkün ilhaqını Luiziana ştatının alınması ilə müqayisə etmək düzgün deyil:

"Biz 21-ci əsrdə olduğumuz üçün buradakı reallıqlar tamam başqadır. Tramp Qrenlandiyanı götürsə, bu, heyrətamiz qlobal hadisə olacaq. Belə bir hadisənin mümkünlüyü hər kəsin təxəyyülünü heyrətləndirir. Bütövlükdə Qrenlandiyanı “udmaq” cəhdi ABŞ və Çin arasında qlobal qarşıdurma kimi qiymətləndirilməlidir".

Ekspert əlavə edib ki, ABŞ bir nömrəli iqtisadi güc statusunu itirir və Trampın bütün təşəbbüslərinə qlobal rəqabət prizmasından baxılmalıdır.