Tramp: “İran bir neçə ilə toparlana bilməz”

ABŞ Prezidenti Donald Tramp İranla bağlı həyata keçirilən hərbi əməliyyatlardan sonra bildirib ki, Tehran bu zərbələrdən sonra bir neçə il ərzində toparlana bilməyəcək. O qeyd edib ki, İran danışıqlara yaxınlaşsa da, son anda geri çəkilib və Vaşinqton bunun razılaşma istəmədiyini göstərdiyini düşünür.

Sherg.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın hərbi obyektlərinə endirilən zərbələrin görüntülərini yayımlayıb. Bildirilib ki, hücumlar İranın komanda-idarəetmə mərkəzləri, hava müdafiə sistemləri, raket və PUA buraxılış meydançaları, eləcə də hərbi hava bazalarını hədəf alıb.

ABŞ tərəfi əməliyyat zamanı itki vermədiyini və obyektlərə dəyən ziyanın minimal olduğunu açıqlayıb.