ABŞ Prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı İranla bağlı sərt açıqlama verib. O bildirib ki, Vaşinqton Tehrana bombardmançı təyyarələrini nümayiş etdirib və İranın hərbi zərbədən yayınmaq üçün danışıqlara getdiyini deyib.
Sherg.az xəbər verir ki, Trampın sözlərinə görə, ABŞ ordusu indiyədək olmadığı qədər güclüdür. O, Avropada miqrasiya və enerji böhranının dərinləşdiyini, Avropanın “özünü məhv etdiyini” iddia edib. Tramp həmçinin Venesuela ilə münasibətlərin yaxşı olduğunu, böyük neft əməliyyatlarının həyata keçirildiyini bildirib.