ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduronun Amerika gəmisi "Iwo Jima"nın göyərtəsində çəkilmiş şəklini paylaşıb.
Teleqraf xəbər verir ki, o, fotonu "Truth Social" sosial şəbəkəsində yayımlayıb.
Fotoda Maduro qolubağlı, boz idman geyimində və qulaqlıqda görünür. O, əlində plastik butulka tutub, gözləri isə qara maska ilə örtülüb.