ABŞ prezidenti Donald Tramp dövlət katibi Marko Rubionu növbəti prezident seçkilərində mümkün namizədlərdən biri kimi göstərib.
Sherg.az xəbər verir ki, Tramp CBS telekanalına müsahibəsində vitse-prezident Cey Di Vensdən başqa mümkün namizədlərlə bağlı suala cavabında Rubionun adını çəkib.
“Düşünürəm ki, Marko əladır”, - deyə o bildirib.
Tramp sentyabrın ortalarında Vensin 2028-ci il prezident seçkilərində özünün siyasi varisi kimi dəstəklənməsi barədə danışmağın hələ tez olduğunu bildirmiş, eyni zamanda vitse-prezident haqqında yüksək fikirdə olduğunu vurğulamışdı.
Qeyd edək ki, ABŞ mediası Marko Rubio və Cey Di Vensi Trampın mümkün siyasi varisləri kimi təqdim edir.