Tramp Obamanın siyasi nüfuzundan qorxur - TƏHLİL
21:48 24.07.2025
Gündəm
351
Hücumların arxasında gələcək prezident seçkiləri dayanır
Barak Obamanın həbs ehtimalı ABŞ-də siyasi uçuruma səbəb ola bilər
Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı uzun müddətdir davam edən istintaqa görə Donald Tramp və komandası eks-prezident Barak Obamaya qarşı ittihamlar səsləndirib. İddialara görə, Trampı Moskvanın agenti kimi təqdim etmək üçün ovaxtkı nəticəsiz cəhdlərin arxasında məhz keçmiş prezident dayanıb.
Bildirilir ki, bu səbəbdən gələcəkdə Obama haqqında vətənə xəyanətlə bağlı cinayət işi qaldırıla bilər. Ekspertlərin fikrincə, bu təhdid Trampın pedofil Ceffri Epşteyn işi ilə bağlı qalmaqalla əlaqədar adının hallandırılmasına cavabıdır. Ağ Evin rəhbəri özünün “Truth Social” sosial şəbəkəsində milli kəşfiyyatın direktoru Tulsi Qabbardı, eləcə də jurnalist Harrison Fildsi “yaxşı iş” münasibətilə təbrik edib.
Politoloq Zeynal Əmrəliyev Sherg.az deyib ki, Donald Trampın Barak Obama üzərinə hücuma keçməsi son bir neçə amillə bağlıdır. Ekspert vurğulayıb ki, ilk növbədə bu, son zamanlar Obama ailəsinin Demokratlar Partiyası içərisində artan nüfuzuna görədir:
"Demokratlar içərisindəki bəzi fiqurlar yenidən Obama dövrünə qayıtmaqla bağlı çağırışlar edirlər. Barak Obamanın yenidən prezident seçilmək şansı olmadığına görə onun yerinə sabiq prezidentə yaxın olan şəxslərdən birinin, o cümlədən həyat yoldaşı Mişel Obamanın namizədliyi təklif edilir. Başqa bir variant isə son zamanlar respublikaçıların səsləndirdiyi prezident seçilmək üçün 2 dəfə namizəd olmaq qadağasının ləğvi ilə bağlı təklifin demokratlar tərəfindən də dəstəklənməsidir. Sabiq prezidentin tərəfdarları düşünürlər ki, bu, Obamanın Ağ evə qayıdışının yolunu aça bilər. Tramp bu yolla potensial rəqibini sıradan çıxara və ya onun mövqeyini zəiflədə bilər. İkinci bir məsələ isə Trampın Obamadan heyif almaq cəhdidir. 2016-cı il prezident seçkiləri zamanı açıq şəkildə Hillari Klintona dəstək verən Barak Obama Donald Trampı Rusiyanın adamı adlandırırdı. Bu, hazırkı prezidentin reytinqinə ciddi təsir göstərdi və seçki yarışında ona xeyli çətinlik yaratdı. Eyni qaydada Tramp da Obamanı "vətənə xəyanətdə" ittiham etməklə sələfini cəzalandırmaq istəyir".
Siyasi şərhçi vurğulayıb ki, əgər vəziyyət ciddiləşib Barak Obama məsuliyyətə cəlb edilərsə, bu, ABŞ tarixində ilk belə hadisə olacaq və ölkədə siyasi uçurum yaradacaq:
"Bu ittihamların Trampın adının Jeffrey Epşteyn qalmaqalında hallanmasından sonra səsləndirilməsi diqqətçəkicidir. Trampın bu ittihamları müəyyən qədər diqqəti öz üzərindən yayındırmaq cəhdi kimi də qiymətləndirilə bilər. İstənilən halda, məsələnin ciddiləşməsi ABŞ daxilində ciddi siyasi təlatümə gətirib çıxaracaq. Obamanın həbsi mövcud siyasi sistemin dayaqlarını zədələyəcək mühüm hadisə ola bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Google”dan yeni layihə - Köhnə telefonları yenidən faydalı edəcək
07:09 21.06.2026
Dünya
ABŞ narkotik kartellərinə zərbələri davam etdirmək niyyətindədir
05:36 21.06.2026
Dünya
4 yaşlı oğlunu qucağına alıb 8-ci mərtəbədən atladı
04:23 21.06.2026
Hadisə
Futbolçu meydanda oyun zamanı öldü - FOTO
03:27 21.06.2026
Hadisə
Azərbaycanda ilk dəfə Beynəlxalq Tanqo Festivalı keçirilib
01:44 21.06.2026
Mədəniyyət
Şahbaz Şərif ABŞ-İran danışıqları üçün İsveçrəyə səfər edib
01:05 21.06.2026
Gündəm
Şotlandiyada baltalı şəxs hücum etdi: yaralılar var
00:31 21.06.2026
Dünya
Polşa Prezidenti: Zelenski bizim "qırmızı xəttimiz"i keçib
23:40 20.06.2026
Dünya
DÇ-26: Niderland İsveçi darmadağın etdi
23:21 20.06.2026
Futbol
Gəncədə 67 yaşlı qadının meyiti tapıldı
22:32 20.06.2026
Hadisə
Ağstafaya dolu düşdü
22:21 20.06.2026
Ekologiya
Müharibə əsla dayanmayacaq, İsrail bu razılaşmanı pozacaq - ŞƏRH
21:56 20.06.2026
Gündəm
"Qarabağ"ın oyununda yeddi qol vuruldu
20:57 20.06.2026
Futbol
AYB-nin Mingəçevir bölməsinin sədri vəfat edib
20:46 20.06.2026
Ədəbiyyat