Tramp: Ola bilsin Zelenski burda zalda oturur, görüşəcəyəm

ABŞ Prezidenti Donald Tramp Davosda çıxış edərək bildirib ki, o, 21 yanvar tarixində Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşməyə hazırdır.

Sherg.az xəbər verir ki, Tramp deyib:

“Putinlə danışıqlar aparıram və hesab edirəm ki, o, razılıq əldə etmək istəyir. Zelenski ilə də danışıram və düşünürəm ki, o da razılığa gəlmək istəyir. Bu gün onunla görüşəcəyəm. Ola bilsin, o, hazırda zalda oturur.”

Əvvəllər Tramp Davosda Zelenski ilə görüş olacağını istisna etmişdi, buna görə də Ukrayna lideri hələ İsveçrəyə gəlməyib. Zelenski isə Forumda ikitərəfli görüş təşkil olunarsa, iştirak edə biləcəyini bildirmişdi. Hazırda Davosda saat 15:30-dur və Zelenskiyə Trampla görüşə yetişmək üçün təxminən 8,5 saat qalıb.