ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskini “cəsarətli” adlandıran xüsusi nümayəndəsi Kit Kelloqu “axmaq” kimi səciyyələndirib.
Sherg.az xəbər verir ki, 2025-ci ilin fevralında keçirilən 61-ci Münhen Təhlükəsizlik Konfransından sonra Kelloq yekunları müzakirə etmək üçün Oval kabinetdə Trampla görüşüb. Söhbət zamanı ABŞ liderinin xüsusi nümayəndəsi Zelenskini “cəsarətli” mübariz kimi qiymətləndirdiyini deyib.
“Bu adam axmaqdır”, - Trampın həmin söhbətdən sonra müşavirlərinə dediyi iddia olunur.
Fevralın 28-də Ağ Evdə qalmaqal yaşanıb. Tramp Zelenskini hörmətsizlikdə və hərbi-iqtisadi yardıma görə minnətdarlıq göstərməməkdə ittiham edib, həmçinin Ukrayna liderini atəşkəsdən imtina etdiyinə görə tənqid edib. ABŞ Prezidenti Vaşinqtonun dəstəyi olmadan Kiyevin “güclü kartlarının olmadığını” bildirib. Nəticədə Ukrayna nümayəndə heyətindən Ağ Evi tərk etmələri xahiş olunub, nadir torpaq metalları ilə bağlı saziş isə ləğv edilib.