Tramp Qəzza Sülh Şurasına Putini də dəvət etdi

ABŞ Prezidenti Donald Tramp Qəzzada Barış Planı çərçivəsində yaradılan Qəzza Sülh Şurasına Rusiya Prezidenti Vladimir Putini də dəvət edib.

Sherg.az xəbər verir ki, Kremlin açıqlamasına görə, Moskva dəvəti qiymətləndirəcək və Vaşinqtonla əlaqə saxlayacaq.

Qəzza Sülh Şurası, ikinci mərhələdə Tramp tərəfindən qurulmuş və üç əsas qurumdan ibarətdir: “Barış Şurası”, “Barış Şurası İcraiyyə Komitəsi” və “Qəzza İdarəetmə Komitəsi”. Şuraya dəvət edilən ölkələr 3 il üzv ola bilər və üzvlük müddətinin uzadılması üçün 1 milyard dollar ödənilməsi tələb olunur. Tramp daha əvvəl prezident Ərdoğanı da qurucu üzv olaraq dəvət etmişdi.