ABŞ Prezidenti Donald Tramp vitse-prezident Djey Di Vens Və dövlət katibi Marko Rubio ilə birlikdə Qrenlandiyaya Amerika bayrağını sancdığı bir foto yayımlayıb.
APA xəbər verir ki, foto Trampın “Truth Social” hesabında yerləşdirilib.
Fotoda “Qrenlandiya, ABŞ ərazisi, 2026-cı ildən etibarən” yazılmış bir lövhə də görünür.
ABŞ lideri yazıb ki, Amerika tərəfi adanın ilhaqı ideyasından geri çəkilməyəcək.