ABŞ Prezidenti Donald Tramp aralıq seçkilərdə Respublikaçıların məğlubiyyətinin əsas səbəblərindən birinin İranla müharibə olduğunu etiraf edib.
Sherg.az xəbər verir ki, Tramp müharibəyə başlamaq qərarından peşman olmadığını bildirərək, “Buna dəyərdi, yenə olsa, yenə edərəm. İran nüvə silahına sahib ola bilməz”,- deyə bildirib.
ABŞ lideri seçkilərin nəticələrindən narahat olmadığını və Demokratlarla yaxşı münasibətlər quracağına inandığını söyləyib.
Tramp impiçment ehtimalına da münasibət bildirib: “Əgər impiçmentə məruz qalsam, uduzan onlar olacaq”.
O, həmçinin İranla müharibənin yalnız özü istədiyi zaman başa çatacağını bəyan edib.