
Tramp Senatdan İrana zərbə endirməyə icazə istəyir - ANALİTİK
Yusif Nəzərli
08:34 31.03.2025
Gündəm
438
"ABŞ prezidenti Donald Tramp Senatdan İrana zərbə endirməyə icazə verməyi istəyir. Fransa öz vətəndaşlarına İandan dərhal çıxmağa çağırış edir".
Bunu "Sherg.az"a açıqlamasında politoloq Zaur Məmmədov deyib.
Siyasi şərhçi bildirib ki, prezident Tramp Nümayəndələr Palatasının sədrinə və Senatın spikernə İranı nüvə proqramına görə ABŞ-nin milli təhlükəsizliyinə təhdid kimi tanıyan və hərbi müdaxilə imkanını nəzərdə tutan S.J.Res 106 və 107-40 saylı İctimai Qanuna istinad edərək, İrana qarşı mümkün hərbi hücuma haqq qazandıran məktub göndərib:

"Bu, Cənubi Qafqaz üçün yeni çağırışlar və imkanlar deməkdir. Mümkün hava hücumları senariləri bunlardır. Nüvə obyektlərinə məhdud zərbələr endirilə bilər. Əsas hədəflər nüvə obyektlərinin yerləşdiyi Natanz, Fordo, Arak, İsfahandır. Hərtərəfli hərbi kampaniya başlayar. Hava hücumundan müdafiə vasitələrinə, aerodromlara, komanda mərkəzlərinə və strateji obyektlərə zərbələr endirilər. Müttəfiqlərin iştirak etdiyi əməliyyat keçirilə bilər. ABŞ, İsrail və Böyük Britaniya, Səudiyyə Ərəbistanının mümkün iştirakı ilə birgə əməliyyat baş tutar".
Analitikə görə, İranın cavabı da İsrailə hücumlar təşkil etmək ola bilər:
"Raket və dron zərbələri, Livanda Hizbullah fəaliyyəti və s. İran ABŞ bazalarına cavab zərbələri də endirə bilər. İraq, Suriya, Fars körfəzində də həmçinin. Hörmüz boğazının bağlanması da mümkündür. Qlobal neft tədarükünün məhdudlaşdırılması ehtimalı da var. Nəticə də regionda eskalasiya riski arta bilər. Tammiqyaslı müharibəni iddia edənlər də var. Artan neft qiymətləri, qlobal İqtisadiyyata təsir və s. mümkündür. İranda siyasi dəyişikliklər də ola bilər. Hazırda məhdud hava zərbələri ehtimalı mövcuddur. Lakin, Rusiya və Çinin mövqelərindən, ABŞ və İsrailin daxili hesablamalarından bəzi məsələlər asılı olaraq qalır. Tammiqyaslı müharibə hələ də mümkün deyil. Tramp və Netanyahunun Putinə kompromissə getmələrinin səbəblərindən biri məhz İran məsələsinə Kremlin müdaxilə etməməsi istəyidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm