Tramp: Si Cinpinlə "Nvidia" və İran nefti məsələlərini müzakirə edə bilərəm

ABŞ Prezidenti Donald Tramp Çin Sədri Si Cinpinlə görüşündə “Nvidia” şirkəti ətrafında yaranmış vəziyyəti müzakirə edə biləcəyini istisna etməyib.

APA xəbər verir ki, Tramp bu barədə Filippin və Çinə səfəri ərəfəsində jurnalistlərə açıqlamasında bildirib.

Ondan “Nvidia”nın baş direktoru Censen Huanqın vəzifəsindən ayrılması ətrafında yaranan qalmaqalı Çin lideri ilə müzakirə edib-etməyəcəyi soruşulub.

“Bunu edə bilərəm”, – ABŞ Prezidenti cavab verib.

Tramp həmçinin noyabrın 19-da Si Cinpinlə planlaşdırılan görüşdə Çinin İrandan neft alışını dayandırmasını tələb edib-etməyəcəyi barədə sualı cavablandırıb.

“Ondan nə istəsəm, onu da xahiş edəcəyəm. Sizin bunu bilməyinizə ehtiyac yoxdur”, – Tramp bildirib.

ABŞ Prezidenti görüşdə qaldıracağı məsələlərlə bağlı əlavə təfərrüat açıqlamayıb.