
Tramp Türkiyənin prioritetlərini gözardı edə bilməz - Hasan Oktay
10:03 24.12.2024
Gündəm
425
Suriyada nizam olmasa və daxili qarışıqlıq davam edərsə, yeni mühacir dalğası ilə qarşılaşmamaq üçün Ankara bu 30 km coğrafiyanı yeni mühacir dalğasını yerləşdirmək üçün saxlayacaq
Türkiyə ABŞ-la Yaxın Şərq üçün danışıqlar aparacaq və ortaq planlar hazırlayacaq. Bu barədə Türkiyənin “Ekonomim” qəzeti Suriyadakı son hadisələrlə bağlı məqaləsində bildirib. Nəşr bildirib ki, Donald Tramp Suriyada silahlı müxalifəti hakimiyyətə gətirən son hadisələrin arxasında duran əsas qüvvələrin Türkiyə və onun Prezidenti Rəcəb Tayyib Ərdoğan olduğunu demişdi.
Öz növbəsində Türkiyə prezidenti Tramp vəzifəyə gəldikdən sonra Suriya ilə bağlı danışıqlara ümid etdiyini və onları region üçün vacib hesab etdiyini vurğulamışdı. Dünənə qədər Türkiyə daha çox tarazlığı nəzərə alaraq regionun bir neçə ölkəsi ilə eyni vaxtda hərəkət edirdi. İndi, deyəsən, ABŞ-la birgə planlar və ya hesablaşmalar vəziyyəti yaranıb. Şübhəsiz ki, müəyyən müzakirələr və ya danışıqlar olacaq. Şübhəsiz ki, proseslər bəzən əngəllənəcək. Amma ümumiyyətlə, birgə fəaliyyət üçün əsas pozulmayacaq. Qəzet hesab edir ki, ABŞ-la danışıqlar Türkiyədə mövcud hakimiyyəti qoruyub saxlamağa kömək edəcək.

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hasan Oktay “Sherg.az”a bildirib ki, Türkiyə bir tərəfdən İran və Rusiyanın 13 ildir arxasında durduğu Əsəd hökumətinə qarşı müxalifəti dəstəklədiyi halda, digər tərəfdən də Suriyanın gələcəyi, xüsusilə Astana prosesi ilə bağlı İran və Rusiya ilə çoxlu görüşlər keçirib:
“Nəhayət, HTŞ hərəkatının 27 noyabr yürüşü ilə əvvəlcə Hələb, sonra isə dekabrın 7-də Əsəd qaçmağa məcbur oldu. Türkiyə ilk həftədə HTŞ hərəkatı ilə heç bir əlaqəsinin olmadığını söylədi və sonrakı inkişaflarda bu hərəkat dünya tərəfindən qəbul olunmağa başlayanda Türkiyə əvvəlcə kəşfiyyat rəhbərini, sonra isə xarici işlər nazirini Dəməşqə göndərdi və yeni hökumətlə birgə işləmək barədə razılığa gəldilər. Tramp hakimiyyətə gələnə qədər Suriyada qurulacaq hökumət tipinin Türkiyə modelinə uyğun olması mövcud hakimiyyətə böyük fayda verəcək. Hakan Fidanın keçirdiyi görüşlərdə Suriyanın ərazi bütövlüyü, bütün silahlı qrupların silahlarını yerə qoyaraq mərkəzi hökumətə tabe olması, qaçqınların geri qayıtması ilə bağlı razılıq əldə edilib. Burada Türkiyə və Amerika yeni sistemi birlikdə qurarkən, İran və Rusiyada olduğu kimi, Türkiyə bir çox məsələlərdə razılığa gələ bilməsələr də, danışıqlara davam etdi. Lakin nəticədə İran və Rusiya Suriyada əllərini çəkmək məcburiyyətində qaldı”.
Ekspert bildirib ki, Türkiyəsiz Suriyada heç bir bərabərlik və ya strategiya həyata keçirmək mümkün olmadığı üçün Amerika Türkiyə ilə birlikdə yeni hökuməti formalaşdıracaqlar:
“Türkiyə ilə Amerika arasında ən böyük fikir ayrılığı İŞİD və PKK məsələsidir. Türkiyə Fəratın şərqində Suriyanın ərazi bütövlüyünü pozan heç bir strukturun yaranmasına icazə verməyəcəyini desə də, ABŞ PKK/PYD vasitəsilə İŞİD-ə nəzarət etdiyini iddia edir. Türkiyə Amerikanın bu məsələ ilə bağlı narahatlığına görə regionda İŞİD və PKK-nı tamamilə silmək potensialına malik yeganə ölkədir. Bu nöqtədə Türkiyə əvvəlcə Aralıq dənizindən İraq sərhədinə qədər özündən 30 km cənubda olan ərazini nəzarət altında saxlayacaq, daha sonra Suriyada nizam-intizam yaratmaq üçün əlindən gələni edəcək. Ancaq Suriyada nizam olmasa və daxili qarışıqlıq davam edərsə, yeni mühacir dalğası ilə qarşılaşmamaq üçün bu 30 km coğrafiyanı yeni mühacir dalğasını yerləşdirmək üçün saxlayacaq. Yanvarın 20-də and içəcək və Amerika hökumətinin başçısı olacaq Tramp Türkiyənin prioritetlərini gözardı edə bilməz və bölgədə qarışıqlığın davam etməsini istəməz. Suriyanın ərazi bütövlüyü və konstitusiya hüquq sisteminin hakim olması şərtdir. Bundan əlavə, təhlükəsizlik baxımından İsrailin Kolon təpələrini keçərək Dəməşqə 15 km yaxınlaşması qəbuledilməzdir mərkəzi hökumətlə İsrail arasında danışıqlar yolu ilə işğala son qoyma prosesinə başlanılacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kiflənsə də yeyilə bilən qidalar hansılardır?
23:57 27.06.2026
Sağlamlıq
Netanyahu: ABŞ və Livan İsrailin bu hüququnu tanıyıb
23:50 27.06.2026
Dünya
UFC: Rafael Fiziyev rəqibini nokautla məğlub edib
23:46 27.06.2026
İdman
Kral saraydan gedir
23:32 27.06.2026
Dünya
Pakistanda terror hücumu nəticəsində azı 6 nəfər ölüb
22:49 27.06.2026
Dünya
"Qarabağ" Avstriya komandasını darmadağın etdi
22:30 27.06.2026
Futbol
İsveçrədə buzlaqların əriməsi rekord səviyyəyə çatıb
22:15 27.06.2026
Ekologiya
UFC: Nazim Sadıxov nakautla məğlub olub
22:05 27.06.2026
İdman
Ukraynaya "yaşıl işıq": Tramp bu razılaşmalardan imtina edir
21:47 27.06.2026
Dünya
UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
21:44 27.06.2026
İdman
Ermənistan və İran 7,2 kilometrlik tunelin tikintisinə başladılar
20:43 27.06.2026
Region
Fransada dəhşətli istilər: 109 nəfər öldü..
20:14 27.06.2026
Dünya
Ukraynada daha iki gürcü könüllü həlak olub
19:53 27.06.2026
Dünya
CHP-dən 86 deputat başqa partiyaya keçəcək? - İDDİA
19:49 27.06.2026
Siyasət
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb
19:32 27.06.2026
Hadisə