ABŞ Prezidenti Donald Tramp "NBC News"a verdiyi müsahibədə İranla danışıqlarla bağlı açıqlamalar verib.
Sherg.az xəbər verir ki, danışıqların harada keçiriləcəyi ilə bağlı qeyri-müəyyənlik barədə suallara cavab verən Tramp deyib:
“Onun (Xameneinin) çox narahat olması lazımdır. Bəli, narahat olmalıdır. Bildiyiniz kimi, onlar bizimlə danışıqlar aparırlar.”
Tramp əlavə edib:
“O ölkə (İran) hazırda bizim üzümüzdən qarışıqlıq içindədir. Ora girdik və nüvə proqramlarını məhv etdik. Yaxın Şərqdə sülh təmin olundu. Əgər nüvə proqramlarını məhv etməsəydim, Yaxın Şərqdə sülh olmazdı, çünki ərəb ölkələri bunu heç vaxt edə bilməzdi. Onlar İrandan çox qorxurdular.”