Tramp: Zelenski ilə münasibətlərimiz yaxşılaşıb

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə münasibətlərinin əvvəlkindən daha yaxşı olduğunu bildirib.

Sherg.az xəbər verir ki, Tramp bu barədə Ankarada Zelenski ilə keçirdiyi görüş zamanı danışıb.

"Doğrudan da yaxşı münasibətlər qura bildik. Buna inanmaq çətin görünə bilər, amma Oval kabinetdəki görüşümüzdən sonra düşünürəm ki, aramızda çox yaxşı münasibətlər formalaşıb", – deyə ABŞ prezidenti bildirib.

Xatırladaq ki, 2025-ci ilin fevralında Ağ evdə keçirilən görüş zamanı Tramp və Zelenski arasında gərgin müzakirələr yaşanmışdı. Həmin görüşdən sonra iki lider arasında münasibətlərin soyuduğu bildirilirdi. Lakin Trampın son açıqlaması tərəflər arasında münasibətlərin yaxşılaşdığına işarə edir.