Trampın 365 gündəki nailiyyətləri: Ermənistan-Azərbaycan sülhü də var

ABŞ Prezidenti Donald Trampın Ağ Evə qayıdışından keçən 365 gün ərzində qazandığı uğurlar siyahısında Ermənistan-Azərbaycan sülh prosesi də yer alıb.

APA xəbər verir ki, 365 gündə Trampın qazandığı uğurları siyahısı Ağ Evin saytında yerləşdirilib.

Trampın nailiyyətlərinin siyahısında 143-cü uğur kimi qeyd olunub: “Ermənistan və Azərbaycan arasında onun vasitəçiliyi ilə sülh əldə edilib”.