Trampın mikrofonu açıq qaldı: Putin haqqında danışarkən yaxalandı
09:27 19.08.2025
Gündəm
404
Ağ Ev sammiti zamanı Makronla danışan Trampın danışıqları mikrofonda qeydə alındı.
ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenski və yeddi Avropa lideri ilə birlikdə Ağ Evdə keçirilən sammit zamanı mikrofon Trampın söhbətini qeydə alıb.
Sherg.az xəbər verir ki, ABŞ mediasının məlumatına görə, Tramp Şərq Zalında Fransa Prezidenti Emmanuel Makrona pıçıldayaraq belə deyib: “Məncə, o (Rusiya Prezidenti Vladimir Putin) bir razılaşma əldə etmək istəyir. Məncə, o, mənimlə bir razılaşma istəyir, anlayırsan? Nə qədər qəribə səslənsə də.”
Tramp həmçinin Makron haqqında, “Onu əvvəldən bəyənmişdim, indi daha da çox bəyənirəm. Bu yaxşıdır, bir az qeyri-adi” ifadəsini işlədib.
Trampın müşaviri Stiv Vitkoff bazar günü CNN-in “State of the Union” proqramının aparıcısı Ceyk Tappera müsahibəsində bildirib: “Biz bir növ razılaşmaya gəldik. ABŞ-ın (NATO-nun) 5-ci maddəsinə bənzər bir qoruma təqdim edə biləcəyi barədə, ki bunu ilk dəfə eşidirik. Ruslar da bunu qəbul etdi.”
NATO-nun Baş katibi Mark Rütte də dünən Trampı razılaşmaya görə təbrik edib və ABŞ-ın Avropalı tərəfdaşları ilə birlikdə bu cür dəstək təklif etməsini “böyük bir addım” adlandırıb.
Rütte deyib: “Təhlükəsizlik zəmanətlərinə qoşulmağa hazır olduğunuzu söyləməyiniz böyük bir addımdır, həqiqətən dönüş nöqtəsidir və hər şeyi dəyişir. Bunun üçün təşəkkür edirəm.” Lakin Avropa liderlərinin Trampın uğurunu təbrik etməsi xəbəri Moskvaya çatanda, Kreml Putinin ABŞ prezidentinə verdiyi sözü geri almağa çalışıb.
Rusiya Xarici İşlər Nazirliyi Ria Novosti agentliyinə açıqlamasında belə deyib: “Ukraynada NATO ölkələrinin iştirakı ilə hərbi birliyin yaranmasını nəzərdə tutan istənilən ssenarini qəti şəkildə rədd etdiyimizi dəfələrlə ifadə etdiyimiz mövqeyimizi təkrar edirik.”
Ancaq Putin hələlik bu mövzu ilə bağlı açıqlama verməyib.
Tramp, Zelenski və Avropa liderləri ilə keçirdiyi görüşlərdən sonra Putinə zəng edərək iki tərəf arasında görüşün təşkili üçün addım atdığını və bundan sonra ABŞ prezidentinin də qatılacağı üçtərəfli görüş keçiriləcəyini "Truth Social"da paylaşım edib.
Tramp paylaşımında yazıb: “Təkrar edirəm, bu, demək olar dörd ildir davam edən bir müharibə üçün çox yaxşı və erkən atılmış addım idi. Hamı Rusiya/Ukrayna üçün sülh ehtimalından çox məmnundur.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
15:17 18.10.2026
Hadisə
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur