Türk general: “Tək Rusiya yox, digər ölkələr də Azərbaycan Ordusundan təcrübə qazandı”
Fidan Həmişəyeva
14:54 23.12.2020
Gündəm
798
“Ona görə də Rusiya yeni silahların inkişafı proqramını planlaşdırarkən Qarabağdakı əməliyyatları nəzərə alacaq”
“Eyni zamanda Amerika və İngiltərə də Qarabağ müharibəsindəki hərbi sistemlərlə bağlı geniş təcrübə yığıb”
Rusiya hökuməti yeni silahların inkişafı proqramını planlaşdırarkən Suriya və Qarabağdakı döyüş əməliyyatları təcrübəsini nəzərə alacağını bildirib. Bunu Rusiya Baş nazirinin müdafiə sənayesi kompleksi məsələləri üzrə müavini Yuri Borisov deyib. O bildirib ki, 2033-cü ilədək olan müddət üçün hazırlanacaq proqramda pilotsuz vasitələrin istifadəsi təcrübəsi nəzərə alınacaq:
“Baxın, pilotsuz vasitələrin istifadəsi ilə hərbi qarşıdurmaların xarakteri necə dəyişib? Bu, artıq sabit bir trendə çevrilir. Bu vasitələr kəşfiyyat üçün idi, lakin bu gün bunlardan zərbə endirmək məqsədilə də istifadə olunur. Qarabağ müharibəsi bu vasitələrin necə işlədiyini göstərdi”.
Y.Borisov əlavə edib ki, Suriyada istifadə olunmuş “Kalibr” raket sistemləri, X-101 kimi yüksək dəqiqlikli silahların istifadəsi təcrübəsi də nəzərə alınacaq.
Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz “Sherg.az”a bildirib ki, müdafiə sənayesi davamlı inkişaf edən faəliyyət növlərindən biridir:
“Türkiyə və İsrailin istehsal etdiyi PUA-lardan Suriyadakı müharibələrdə, Liviya və Qarabağda geniş istifadə olunub. Hər kəsə bəllidir ki, Rusiya bu müdafiə sistemlərinə qarşı çarəsiz qalıb. Dünyada çoxlu sayda hərbi silah sistemləri var.
İkinci Qarabağ müharibəsi çox vacib faktları üzə çıxardı. Savaş zamanı Azərbaycan Ordusu hava hücumundan müdafiə sistemləri və digər hərbi avadanlıqlardan istifadə edərək düşməni məğlub etdi.
Ermənistan isə keçmiş sovet ittifaqına aid hərbi sistemlərdən istifadə etsə də, Azərbaycanın silahlarına qarşı duruş gətirə bilmədi”.
Y.Karauz qeyd edib ki sadəcə Rusiya yox, bütün dünya ölkələri 44 günlük müharibədə Azərbaycan Ordusunun hərbi gücündən yararlandı və təcrübələr qazandı:
“Ona görə də Rusiya yeni silahların inkişafı proqramını planlaşdırarkən Qarabağdakı əməliyyatları nəzərə alacaq. Eyni zamanda Amerika və İngiltərə də Qarabağ müharibəsindəki hərbi sistemlərlə bağlı geniş təcrübə yığıb.
Azərbaycan dövləti müasir müdafiə sənayesi və uzaqgörən siyasətlə ordusunu modern silah sistemləri ilə təchiz edib. Vətən müharibəsində əldə olunan üstünlüklərdən biri də budur.
Türkiyə 2021-ci ildə də Azərbaycanla bərabər silah sistemlərini istehsal etməyi düşünür. Biz bir yerdə olduğumuz müddətdə hər zaman güclü olacağıq. Vətən müharibəsindəki hərbi əməkdaşlığımız gələcəkdə də davam etdiriləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi