Türkiyə artıq Cənubi Qafqaz regionunda söz sahibidir
Turan
08:00 19.11.2020
Gündəm
653
Qardaş ölkənin Azərbaycana ordu göndərməsi dünyanın geopolitik durumuna təsir edəcək
Məlum olduğu kimi Türkiyə Böyük Millət Məclisi Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib. Layihəyə əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər. Azərbaycana hərbi qüvvələrin göndərilməsi barədə qərar rəsmi qəzetdə də dərc olunub. Qərarın giriş hissəsində qeyd olunub ki, Türkiyənin Azərbaycana hərbi qüvvə göndərməsi iki ölkə arasında 16 avqust 2010 tarixində imzalanan “Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə”yə uyğun olaraq həyata keçirilir. Vurğulanıb ki, dost və qardaş ölkə Azərbaycanın işğal altındakı ərazilərini azadetmə mücadiləsi illərdir davam edir: “Azərbaycanın özünümüdafiə hüququndan istifadə edərək sentyabrın 27-də başlatdığı əks-hücum əməliyyatları nəticəsində işğal altındakı ərazilərinin azad edilməsi istiqamətində önəmli uğurlar qazanıb”.
Məsələni “Şərq”ə təhlil edən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov diqqətə çatdırıb ki, Türkiyənin Azərbaycana ordu göndərməsi dünyanın geopolitik durumuna təsir edəcək. Analitikin sözlərinə görə, dünya gücləri yüz ildən çoxdur ki, Türkiyəni “erməni soyqırımı”, “Osmanlı imperiyasının bərpası” kimi iddialarla inkişafdan saxlayıb. Müxtəlif terrorçu qruplar vasitəsilə Türkiyənin daxilində ciddi problemlər yaradıb.
Ancaq son on ildə qardaş ölkənin düşmən güclərin qarşısına dikəlməsi, Suriya, Liviya, eləcə də, Ege və Ağ dənizlərdəki uğurları Türkiyəni regionda söz sahibinə çevirib: “Türkiyənin Cənubi Qafqaz regionuna gəlməsi bu prosesin növbəti mərhələsidir. Bununla dünya siyasətində yeni bir dövrün başlanğıcı qoyulur. Bu, türk birliyinin yaranmasının başlanğıcıdır. Eyni zamanda, regionda rus və erməni hegemonluğunun sonu, “erməni məsələsi” kartının iflasa uğraması, ermənilərin ümidlərinin puç olması mərhələsidir. Rusiyanın həm Qafqaz, həm də NATO siyasətində məğlub olmasının əsas göstəricisi Türkiyənin regiona gəlişinə mane ola bilməməsidir. Rusiya yaxşı başa düşür ki, rəsmi Bakı Moskvaya güvənmədiyi üçün Türk Ordusunu çağırır. Ümid edirik, Rusiya bu mesajı doğru anlayacaq və nəticə çıxaracaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq
22:40 23.06.2026
İnfrastruktur
Ronaldo altı fərqli mundialda qol vuran ilk futbolçu olub
22:26 23.06.2026
Futbol
Oman Sultanlığı Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib
21:38 23.06.2026
Siyasət
İsmayıllıda bədbəxt hadisə: Traktorun altında qalan kişi öldü
21:27 23.06.2026
Hadisə
İran rəsmisi: ABŞ məhsullarını almaq məcburiyyətində deyilik
21:14 23.06.2026
Region
Ərdoğan Navrotski ilə görüşdü
21:01 23.06.2026
Gündəm
Putin: Rusiya Ukrayna ilə sülh danışıqlarına hazırdır
20:25 23.06.2026
Gündəm
Ağcabədidə itkin düşən qohumlar tapılıb - YENİLƏNİB
20:14 23.06.2026
Hadisə
ABŞ-nin İranın sərt tələblərinə dözməyinin səbəbi var - ŞƏRH
20:00 23.06.2026
Gündəm
Putin: Sülh danışıqları Ukraynanın təşəbbüsü ilə dayandırılıb
19:14 23.06.2026
Dünya
Türkiyə parlamentinin sədri Azərbaycana gəlib
18:59 23.06.2026
Siyasət
Azərbaycan və Türkmənistan strateji ittifaq qurur - TƏHLİL
18:52 23.06.2026
Siyasət
İran bütün ölkə ərazisi üzərində hava uçuşlarını tam bərpa edib
18:45 23.06.2026
Region