
TÜRKİYƏ: Azərbaycan-Ermənistan sülh gündəliyinin açarı - TƏHLİL
Yusif Nəzərli
05:36 10.12.2024
Gündəm
402
“Cənubi Qafqazı sülh və əməkdaşlıq bölgəsinə çevirmək üçün Türkiyənin əlində çox ciddi imkanlar var. Türkiyə təkcə regionda yox, dünyada sülhün bərqərar olması üçün ciddi cəhdlər edir”
“Türkiyə Cənubi Qafqazda sülh və sabitliyi təmin etmək üçün səylərini davam etdirir”.
Bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan 15-ci Səfirlər Konfransının açılış mərasimində bildirib.
O qeyd edib ki, ölkəsi İranla ikitərəfli və regional ələqələri, həmçinin Yunanıstanla münasibətləri pozitiv saxlamaq üçün də addımları davam etdirir.

Hakan Fidanın açıqlamasını şərh edən siyasi şərhçi Abutalıb Səmədov “Sherg.az”a açıqlamasında deyib ki, Türkiyə Cənubi Qafqazda rəqibləri üzərində strateji qələbə elan etmək yolunda irəliləmək üçün regional oyunçu baxımından Azərbaycan-Ermənistan sülh gündəliyinin açarına çevrilməyi hədəfləyib:
“Türkiyə dünyanın ən nüfuzlu dövlətlərindən biridir. Suriyada baş verən hadisələr, Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılması Türkiyənin çəkisini bir az da artırdı. Bütün bunlar göstərir ki, dünyada supergüc kimi tanınan dövlətlər belə Türkiyə ilə hesablaşmaq məcburiyyətindədir.
Türkiyənin hər zaman qonşu ölkələrlə normal münasibətlər fonunda əməkdaşlıq etmək tərəfdarı olduğunu vurğulyan politoloq deyib ki, ciddi cəhdlə Türkiyə ilə danışıqlardan qaçan Bəşər Əsədin sonu digərlərinə də görk olmalıdır. Fransa və Amerikaya arxalanan Yunanıstan Türkiyə ilə münasibətləri normallaşdırmaq istəmir, səbəb isə Şərqi Aralıq dənizində tapılan neft yataqlarından Türkiyənin payına düşən haqqını verməmək niyyətləri durur. Türkiyə isə bununla barışmır və günün birində mütləq haqqı olanı alacaq”.
Türkiyənin konkret olaraq Cənubi Qafqazdakı fəaliyyətinə gəldikdə isə A.Səmədov deyib ki, Ermənistan Türkiyə ilə münasibətləri düzəltmək üçün əldən-ayaqdan gedir: “Türkiyənin şərti isə dəyişməz olaraq qalır. Azərbaycanla münasibətləri bərpa edib, sülh sazişi imzalandıqdan sonra Türkiyə Ermənistanla əməkdaşlığa başlaya, diplomatik münasibətlər qura bilər.
Tək Ermənistan yox, İran da bilməlidir ki, Türkiyə ilə rəqabət aparmaq yox, ancaq dostluq münasibətləri qurmaq lazımdır. Türkiyə ilə ziddiyyət fonunda İran heç bir qazanc əldə edə bilməz. İtirə-itirə gedəcək. Necə ki Gürcüstan regiondakı reallığı dərk edir və Türkiyə ilə ticarət tərəfdaşlığı edir.
Cənubi Qafqazı sülh və əməkdaşlıq bölgəsinə çevirmək üçün Türkiyənin əlində çox ciddi imkanlar var. Türkiyə təkcə regionda yox, dünyada sülhün bərqərar olması üçün ciddi cəhdlər edir. Türkiyənin konstruktiv mövqeyinə şübhə edənlərin, onunla razılaşmayanların da sonda yaşadığı peşmanlıqlar hər kəsə bəllidir.
Türkiyədə imzalanan “İstanbul” razılaşmasından imtina edən Ukraynanın da bugünkü durumu göz qabağındadır. Türkiyəni axsadan yeganə problem iqtisadi çətinlikdir. Bu vəziyyəti düzəltmədən Türkiyənin layiq olduğu yerə gəlib çatması çətin olacaq. İndiki şəraitdə Türkiyə hakimiyyətinin əsas prioriteti ölkə iqtisadiyyatını gücləndirməkdir. İnşallah, qardaş ölkə bu problemlərini həll etdikdən sonra dünyanın supergüclərindən birinə çevriləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Ukraynanı hansı raketlərlə vura bilər? - DE
06:42 28.07.2026
Aktual
Afrikada xroniki aclıqdan əziyyət çəkənlərin sayı 309 milyonu ötüb
06:06 28.07.2026
Dünya
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region
Tramp: "Mən olmasaydım, İsrail məhv olardı"
21:44 27.07.2026
Dünya
Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
21:11 27.07.2026
Dünya
Livan Prezidenti İsraili müqavilə şərtlərini pozmaqda ittiham etdi
20:56 27.07.2026
Dünya
Balaca Cəfərin göz yaşları Türkiyəni kövrəltdi!
20:42 27.07.2026
Mədəniyyət