Türkiyənin Akyaka rayonunun rəhbəri İsmayıl Dəmirtaş Qars Vilayət Şurasının sədri Fuad Arslanla birlikdə Ermənistanla sərhəddə dəmir yolu sahəsinə baş çəkərək, ərazidə aparılan işlərlə tanış olub.
Teleqraf xəbər verir ki, bu barədə “Ermenihaber” məlumat yayıb.
Dəmirtaş dəmir yolunun tikintisini həyata keçirən şirkətin nümayəndəsindən tikinti işlərinin hazırkı vəziyyəti, görülən işlər və layihənin gedişatı barədə məlumat alıb. Ərazidə davam edən işləri izləyib və məsul şəxslərlə müzakirələr aparıb.
Mənbə iddia edib ki, uzun illərdir bağlı olan Akyaka sərhəd-keçid məntəqəsinin və dəmir yolunun yenidən açılması yerli sakinlər tərəfindən diqqətlə izlənilir.