Türkiyə ilə Azərbaycan arasında yeni təbii qaz sazişi imzalanıb

Qaz tədarükü 2029-cu ildə başlayacaq və 15 il davam edəcək

Türkiyə ilə Azərbaycan arasında ümumi həcmi 33 milyard kubmetr olan yeni təbii qaz tədarükü sazişi bağlanıb.

Sherg.az xəbər verir ki, Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, qaz tədarükü 2029-cu ildə başlayacaq və 15 il davam edəcək.

Razılaşmaya əsasən, qaz Abşeron yatağından hər il 2,25 milyard kubmetr həcmində boru kəməri vasitəsilə Türkiyəyə nəql ediləcək. Bayraktar qeyd edib ki, qaz münasib qiymətlərlə uzunmüddətli əsasda tədarük olunacaq və Xəzər dənizi üzərindən gələcək.