Türkiyə Prezident Ərdoğan: Terrorun kökü kəsilir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aydında keçirilən “Ev Sahibi Türkiyə” layihəsi çərçivəsində püşkatma, mənzil açarlarının təqdimatı, Şəhər Xəstəxanası və digər investisiyaların toplu açılış mərasimində çıxış edib.

Sherg.az xəbər verir ki, Ərdoğan bildirib ki, terror təşkilatları işğal etdikləri ərazilərdən çıxarılır və “hər cür terrorun kökü kəsilir”. Prezident Suriyanın şimalında da terrorun tamamilə bitəcəyini vurğulayıb.

Müxalifət lideri Özgür Özəli və CHP-ni tənqid edən Ərdoğan, onların idarə etdikləri bələdiyyələrdə işçilərin maaşlarının vaxtında ödənilmədiyini, buna baxmayaraq hökumətə qarşı təxribat xarakterli çağırışlar etdiklərini deyib. O, müxalifəti zəlzələ bölgəsinə laqeyd qalmaqda da ittiham edib.

Prezident çıxışında Suriyada vəziyyətin sürətlə normallaşdığını, DAEŞ-lə mübarizənin daha güclü və qətiyyətli mərhələyə keçdiyini bildirib. Ərdoğan vurğulayıb ki, Türkiyə həm daxili, həm də xarici siyasətdə atdığı addımları diqqətlə hesablayır və terrorla mübarizəni sonadək davam etdirəcək.

Qalereya