Türkiyə terrorçulara qarşı yeni əməliyyatlara başlaya bilər: “B” variant masada
Yusif Nəzərli
09:26 15.03.2025
Gündəm
390
Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Vanda çıxışı zamanı terrorçulara növbəti dəfə xəbərdarlıq edib. O, bildirib ki, Türkiyə terrorçular silahı yerə qoyub təslim olacağı təqdirdə terrorsuz dövlət mərhələsinə qədəm qoyacaq.
Nazir terrorçulara xəbərdarlıq edərək rəsmi Ankaranın əks təqdirdə hüquqi müstəvidə mübarizə aparacağını bildirib:
“Min illik qardaşlığımıza vurulan xəncəri çıxarmaq vaxtıdır. İmperializmin içimizə səpdiyi bu nifaq toxumunu aradan qaldıraraq, birliyimizi gücləndirərək hamımız birlikdə terrordan azad bir Türkiyə quracağıq. Bizim buna böyük ümidlərimiz və inamımız var. Bu məsələdə dövlət başçımızn iradəsi çox güclüdür”.
Suriyada Bəşər Əsəd rejiminin devrilməsinin ardınca PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanın silahı yerə qoymaqla bağlı tərəfdarlarına çağırışı ilə Türkiyənin terrorla mübarizəsində yeni mərhələ başlandı.
Məlum olduğu kimi, Türkiyə özünün təhlükəsizliyi naminə uzun illərdir ki, terrorla mübarizə aparır. Bu mübarizə həm ölkə daxilində, həm də Suriya və İraqda özünü göstərir. Xüsusilə son illərdə Türkiyənin terrorla mübarizəsində ciddi nəticə əldə olunub. Suriyada Bəşər Əsəd rejiminin devrilməsi ilə rəsmi Ankara üçün bu istiqamətdə tamamilə yeni mərhələ başlanıb.
Əvvəl də dediyimiz kimi, indiyə kimi Türkiyənin terrorla mübarizəsinə mane olan əsas məqamlardan biri məhz Əsəd rejimi idi. Suriyadakı hakimiyyət dəyişikliyi Türkiyənin əlini gücləndirdi. Sözsüz ki, Öcalanın çağırışında və fərqli terror təşkilatlarının pozitiv mesajlarında bu məsələnin də xüsusi rolu var.
Eyni zamanda Türkiyə ilə ABŞ arasında hansısa gizli, hələlik ictimaiyyətə açıqlanmayan razılığın əldə olunması da mümkündür. Əgər belədirsə, yəqin ki, Vaşinqton- Ankara xəttində yeni tendensiyaların şahidi olacağıq.
Nazirin xəbərdarlığına gəldikdə isə bildirməliyik ki, Türkiyə terrorsuz ölkəyə çevrilməkdə israrlıdır. Rəsmi Ankara hansı yolla olursa olsun, buna nail olacaq. Əgər terrorçular tamamilə tərksilah olmaz və terror təşkilatları özlərini ləğv etməzlərsə, Türkiyə “B” variantını seçə, əməliyyatlarını daha da sürətləndirə bilər.
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm