Türkiyənin Diyarbəkr vilayətində Polis Şöbəsinin binasının girişinin yerləşdiyi küçəyə kustar üsulla hazırlanmış partlayıcı atılıb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Diyarbəkr valiliyi məlumat yayıb.
Partlayıcı qurğu xüsusi qruplar tərəfindən zərərsizləşdirilib. Hadisədən sonra iki maskalı şəxsin hadisə yerindən qaçdığı müəyyən edilərək onların saxlanılması üçün əməliyyat başladılıb.
Qeyd olunub ki, hadisəni törədən şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Hadisənin təfərrüatları ilə bağlı ətraflı məlumat verilməyib.