Türkiyədəki səfirliyimiz Rəsulzadənin məzarını ziyarət edib    

Yanvarın 31-də Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə Azərbaycanın Türkiyədəki səfirliyinin kollektivi Ankarada siyasi xadimin məzarını ziyarət edib.

Görkəmli tarixi şəxsiyyətin məzarı üstünə əklil qoyulub, ruhuna dualar oxunub.