Qondarma rejimin tanınması ilə bağlı qətnamənin Fransa Senatında qəbulu beynəlxalq hüququn əsas prinsiplərinə kobud müdaxilədir. Sirr deyil ki, Fransa bölgədə Türkiyə və Rusiyanın ön plana çıxması, özünün isə arxa planda qalmasından narahatdır. Qəbul edilən sənəd Fransadakı erməni lobbisinin və ermənipərəst qüvvələrin Senata təzyiq və təsirinin nəticəsidir. Lakin bu, Senatın qərəzli qətnamə qəbul etməsinə bəraət qazandırmır.
Türkiyəli akademik: “Senat uduzmuş Ermənistanın könlünü alır, amma...”
Fidan Həmişəyeva
10:47 27.11.2020
Gündəm
859
“Azərbaycanın Qarabağdakı böyük qələbəsindən sonra Fransa bu “qərar”ı tamamilə rədd etməli idi”
“Çünki indi Qarabağ Azərbaycana məxsusdur və burada başqa bir müstəqil idarəetmə qurmaq çox çətindir”
Məlum olduğu kimi, Fransa Senatı Azərbaycanın maraqlarına zidd olan, Qarabağdakı qondarma rejimin tanınmasını tövsiyə edən qətnamə qəbul edib. 305 nəfər səsverməyə çıxarılan qətnamənin lehinə səs verib. Qeyd edək ki, “Dağlıq Qarabağ respublikası”nın tanınmasına dair qətnamənin qəbulu ölkəmizin ərazi bütünlüyünə qəsddir. Bu baxımdan bir qrup ermənipərəst, islamofob senator tərəfindən təklif edilən qətnamə Qərb demokratiyasını ayaq altına atdı.
Qondarma rejimin tanınması ilə bağlı qətnamənin Fransa Senatında qəbulu beynəlxalq hüququn əsas prinsiplərinə kobud müdaxilədir. Sirr deyil ki, Fransa bölgədə Türkiyə və Rusiyanın ön plana çıxması, özünün isə arxa planda qalmasından narahatdır. Qəbul edilən sənəd Fransadakı erməni lobbisinin və ermənipərəst qüvvələrin Senata təzyiq və təsirinin nəticəsidir. Lakin bu, Senatın qərəzli qətnamə qəbul etməsinə bəraət qazandırmır.
Məlum qərar barədə fikirlərini “Sherg.az”la bölüşən Marmara Universitetinin doktoru, akademik Sərdar Oğuzxan Çaycıoğlunun fikrincə, bu qətnamə əslində Paşinyan rəhbərliyinin bir müddətdir ki, planladığı məkrli siyasətin ilk mərhələsi idi.
Akademik bildirib ki, Ermənistan münaqişələr zamanı nə qədər çalışsa da, qondarma respublikanın tanınması məsələsini Senata çıxara bilmədi:
“Qətnamə sadəcə Fransa hökumətinə bir mesaj olsa da, hansısa əsasa malik deyil. “Sənəd” qəbul edildikdən sonra Paşinyan bunu Fransa Senatı tərəfindən atılan tarixi bir addım kimi qiymətləndirdi.
Lakin Paşinyanın bu münasibəti boş yerə qışqırmaqdan başqa bir şey deyil”.
S.O.Çaycıoğlu qeyd edib ki, Senatdakı qətnamə layihəsinin arxasında Fransadakı erməni təşkilatları dayanır.“Sənəd”in qəbulundan sonra Fransa xarici işlər naziri Jan-İv Le Drian, "Dağlıq Qarabağı müstəqil bir dövlət olaraq tanımaq heç kimə fayda verməyəcək" dedi. Onun açıqlamasında qərarın hökumət üçün məcburi olmadığı da ortaya çıxdı.
Fransa bu mərhələdə Rusiya və Türkiyənin Qarabağ münaqişəsinin gələcəyinə dair həll addımları qarşısında cəsarətləndirib yarı yolda buraxdığı Ermənistanın könlünü almağa çalışır.
Fikrimcə, Azərbaycanın Qarabağdakı böyük qələbəsindən sonra bürokratik ləngiməyə görə təxirə salınan bu “qərar”ı Fransa tamamilə rədd etməli idi.
Çünki indi Qarabağ Azərbaycana məxsusdur və burada başqa bir müstəqil idarəetmə qurmaq çox çətindir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi