Türkiyənin AB-yə yolunu tamam bağlamağa çalışırlar - Hasan Oktay
Yusif Nəzərli
10:44 05.01.2025
Gündəm
502
Avropa Birliyi yaşıl pasportu (xüsusi pasport - red.) olan Türkiyə vətəndaşları üçün “ön viza” tətbiq etməyə başlayır.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd edilir ki, cari ilin ilk yarısında Almaniya, Fransa və Niderland da ETİAS adlı sistemə daxil olacaq. Yaşıl pasportu olanlar proqramı yükləyib 7 avro ödəyəcək, sonra pasport məlumatlarını sistemə daxil edəcəklər. Sistem təsdiq etməsə, həmin şəxs AB-yə daxil ola bilməyəcək.
AB Səyahət və Avtorizasiya Sistemi ETİAS 2025-ci ilin birinci yarısında tətbiq olunacaq. Müvafiq olaraq, yaşıl və ya boz pasporta malik olan və AB vizası tələb olunmayan şəxslər AB-yə üzv ölkələr və İsveçrə, İslandiya, Norveç və Lixtenşteynə səyahət edərkən ETİAS sistemində qeydiyyatdan keçəcəklər.
Almaniya, Fransa və Niderland 2021-ci ildə başlaması nəzərdə tutulan sistemi tamamlaya bilməsə də, bəzi AB üzvü ölkələr 2024-cü ilin noyabr ayının ortalarında sistemdən istifadə etməyə başlayıb. Təhlükəsizlik məqsədi ilə hazırlanmış sistemdə ilkin viza yoxlanışı olacaq. Müraciətlərin 90-95 faizinin müsbət cavab alacağı ehtimal edilir.
Türklərin ən çox səyahət etdiyi ölkələrdən biri olan Almaniyaya gedəcək yaşıl və diplomatik pasportlara malik şəxslər üçün ilkin bildiriş 2025-ci ilin ilk yarısında başlayacaq. Türklər də daxil olmaqla, 1 milyard insanın ETİAS-dan təsirlənəcəyi gözlənilir.
Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay "Sherg.az"a bildirib ki, Türkiyə ilə AB arasında zaman-zaman böyük problemlər yaranır:
"Xüsusilə Suriya böhranından sonra Türkiyədəki qaçqınların Avropa İttifaqına qaçaq yollarla sığınmağa başlaması bu dövlətə qarşı daha sərt siyasətə məcbur etdi. Bununla yanaşı, AB Türkiyədən Avropaya gedəcək şəxslərdən viza vasitəsilə pul qazanmaqla bağlı belə bir tətbiqi həyata keçirdi. Ərdoğan hakimiyyətinin məmurları, əldə etdikləri yaşıl pasport vasitəsilə hakimiyyət dəyişərsə qorxusu ilə yaşadıqları üçün sürətlə Avropa İttifaqına getmə planları etdikləri məlumdur. Bunun ən mühüm nümunəsi Yunus Emre İnstitutu müdiri Prof. Şərəf Ateşin böyük rüşvət əməliyyatları nəticəsində əldə etdiyi sərvəti xaricə çıxarıb yaşıl pasportla Avropaya keçməsi, bir çox yüksək rütbəli məmura nümunə olma qorxusu yaratmaqdadır".
Politoloq əlavə edib ki, hazırda hökuməti idarə edən yüksək rütbəli bürokratlar, "hökumət devrilərsə, bunun cavabdehliyini bizdən soruşarlar" qorxusuyla yaşayırlar:
"Buna görə də əldə etdikləri sərvətləri xaricə çıxardıqları kimi, hər hansı bir kiçik böhranda da özlərinin sorğu-sualsız xaricə getmə ehtimalını nəzərə alaraq bu viza tətbiqi başladılıb. Həmçinin Suriyadan Türkiyəyə gələnlərə Türkiyə Cümhuriyyəti dövləti normal pasport verildiyi halda, bəzi qanunsuz tətbiqlərlə suriyalılara yaşıl və ya qara pasport verildiyi iddia edilir. AB bu iddiaları nəzərə alaraq Türkiyə Cümhuriyyəti dövlətinin xidmət pasportu daşıyan məmurlara qarşı tətbiq etməyə başladığı irəli sürülür. Məsələnin arxasında Türkiyəyə bu və buna bənzər daha başqa problemlər çıxararaq AB-yə qoşulmaq məsələsindəki təkidindən imtina etməsini təmin etməyə çalışırlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Ərdoğanla görüşəcək
20:35 28.08.2026
Gündəm
Nepalda güclü daşqınlar: ölənlərin sayı 500-ü keçdi
20:11 28.08.2026
Dünya
Sərnişin "Əhmədli" stansiyasında qatar yoluna düşdü
19:55 28.08.2026
Hadisə
Polşa səfiri XİN-ə çağırılıb, etiraz notası təqdim edilib
19:49 28.08.2026
Gündəm
Paşinyan Rusiyanın Ermənistandakı “DAYAQLARINI” SÖKÜR - TƏHLİL
19:33 28.08.2026
Gündəm
İstanbulda avtobus divara çırpılıb, 17 nəfər yaralanıb
19:11 28.08.2026
Gündəm
"Qarabağ"ın yeni transferlərə ödədiyi məbləğ...
19:03 28.08.2026
Futbol
Konfrans Liqasının püşkü atılıb
18:55 28.08.2026
Futbol
Rusiya müharibədən çəkilərsə, Putin hakimiyyətini itirəcək - ŞƏRH
18:47 28.08.2026
Gündəm
Anar Əliyev Qəbələdə vətəndaşları qəbul edib
18:40 28.08.2026
Sosial
Sumqayıtda mənzildə meyit aşkarlandı
18:15 28.08.2026
Hadisə
Müctəba Xamenei ilə bağlı yeni xəbər yayıldı
17:51 28.08.2026
Dünya
İranla bağlı İstanbul görüşü təxirə salındı
17:42 28.08.2026
Dünya
Tramp “ən yaxşı” və “ən pis prezidentlər”in adlarını açıqladı
17:36 28.08.2026
Gündəm
Bakıda daha bir küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
17:20 28.08.2026
Hadisə