"Ucuz taksi"dən şikayətlər artır: Sürücülər yolu tanımır, pulun qalığını qaytarmırlar... - PROBLEM
Məlahət Rzayeva
11:46 12.11.2019
Gündəm
959
"Ucuz taksi" xidmətindən narazılıqlar artır. Cəlbedici məlumatlara aldanan sərnişinlər xidmətin heç də ucuz olmadığını anlayırlar. Pik saatlarda isə qiymətlər bir az da bahalaşır. Bundan əlavə, taksi sürücüləri gediləcək ünvanı da çox zaman tanımırlar. Başqa bir narazılıq isə taksi sürücülərinin pulun qalığını sərnişinlərə qartarmamasıdır. Məlumdur ki, “Ucuz taksi”lərdə qiymət “quyruqlu” olur; 3 manat 50 qəpik, 2 manat 80 qəpik, 4 manat 60 qəpik və sair.
Sürücününsə qalığı qaytarmağa qəpikləri olmur, beləliklə də sərnişin ziyana düşürlər. Ümumiyyətlə, təkcə taksi xidmətində deyil, marketlərdə də kağız əskinazların dəmir qalığı, çox zaman qaytarılmır. Pulun qalığını tələb edənlərə isə "dəvə nalbəndə baxan kimi" baxırlar. Yəni, “azərbaycanlı deyilsən?!”. Sovet adamlarının xatirində olar, o illərdə SSRİ-nin digər respublikalarına səfər edənlər kassirlərin pulun qalığını qəpiyinədək alıcıya qaytarmalarından, hətta yekəxanalıq edib qəpiyi almaq istəməyən azərbaycanlılara hirslənib “sənin pulun bizə lazım deyil” dediklərini söyləyirdilər. Bizdə isə tamam fərqli vəziyyət idi. Pulun qalığını istəyənlərə “demaqoq” damğası vururdular. Bu nədi? Mentalitet? Əl çəkə bimədiyimiz adətlər?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Şərq”ə açıqlamasında pulun qalığının qaytarılması probleminin həllini nağdsız ödəmədə gördüyünü dedi:
"Bunun bir yolu var, o da kartla ödəmədir. Post-terminallar olmalıdır, sərnişinlər gediş kartını yükləməli, istənilən nəqliyyat növündə bu kartlardan istifadə etməlidirlər. O, zaman belə problemlər də yaranmayacaq. Alış-veriş nöqtələrində nağdsız ödəmələr üçün imkan yaradılmalıdır. Taksi xidməti də həmçinin. “Ucuz taksi” xidmətlərindən bizə də şikayətlər edilir. Məsələn, “189” taksi xidmətindən şikayət edilib. Taksi xidməti həyata keçirən şirkət məsafəyə görə qiymət təyin edirsə, pulun qalığının qaytarılmalı olduğunu da bilməlidir, işini buna uyğun qurmalıdır. Sərnişinlər də zəng edib taksi sifariş etdikləri kimi, narazılıqlarını da bildirməlidirlər. Nağdsız ödəmələrin hər yerdə təşkili isə vacibdir. Tibbi xidmət yerlərində də kartla ödəmələr mümkün olmur. Bu məsələlər də həllini tapmalıdır.
E.Hüseynov problemlərlə bağlı bu günlərdə iqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət etdiyini dedi:
"Nazirə məktubla müraciət etmişəm. Orda qaçaqmalçılıq da, taksi xidməti, nağdsız ödəmələr hamısı əksini tapıb. 22 ildir bu problemlər yığılıb qalıb. Əgər Vergi Qanunvericiliyinin yaxşı işləməsini istəyirlərsə, bu məsələlər həllini tapmalıdır".
Oxşar xəbərlər
Azərbaycanın rolu artıq yalnız Cənubi Qafqazla məhdudlaşmır - Mehmet Gökhan Özçubukcu
20:53 16.09.2026
Paşinyan cəmiyyətini sülhdən başqa yolun olmadığına inandırmağa çalışır - Politoloq
19:43 16.09.2026
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə