Üfüqdə GÜC və SÜLH: İlham Əliyevin ABŞ siyasəti bəhrəsini verir - TƏHLİL

  • Vaşinqtonla əməkdaşlığın genişlənməsi ölkənin təhlükəsizlik maraqlarına və uzunmüddətli sülhün möhkəmləndirilməsinə mühüm töhfə verir

Sabah Azərbaycan ilə Ermənistan arasında ABŞ-ın vasitəçiliyi ilə paraflanmış sülh müqaviləsinin üzərindən bir il ötür. Ötən müddətdə təkcə Bakı ilə İrəvan arasında münasibətlərdə deyil, həm də ABŞ-Azərbaycan əlaqələrində yeni mərhələnin formalaşdığı bildirilir. Siyasi dairələrdə bu dövr regional təhlükəsizlik, geosiyasi balans və Cənubi Qafqazda uzunmüddətli sülh perspektivi baxımından mühüm mərhələ kimi qiymətləndirilir. 

Xatırladaq ki, ABŞ-Azərbaycan əlaqələrinin transformasiyası və Azıərbaycanla Ermənistan arasında sülh müqaviləsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il avqustun 8-9-da ABŞ-a səfəri BŞ-Azərbaycan əlaqələrinin transformaiyası və Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin formalaşmasında tarixi əhəmiyyətə malikdir. Əldə olunmuş uğurlar Prezident İlham Əliyevin praqmatik, məqsədyönlü, Azərbaycanın milli maraqlarına əsaslanan uğurlu siyasətinin nəticəsidir. Dövlət başçısı bütün məsələlərdə Azərbaycanın maraqlarını öndə tutmuş, ardıcıl siyasət yürütmüş və heç nə onu prinsipial mövqeyindən geri döndərə bilməyib. ABŞ-Azərbaycan əlaqələrinin transformasiyası Bayden Administrasiyası dövründə ABŞ-ın Azərbaycana tendensioz münasibəti, həmin dövrə kimi ikitərəfli münasibətlərdə əldə olunmuş nəticələrə ciddi zərbə vurulması.

Zamanında Bayden senator olanda belə Azərbaycana qarşı sanksiyaların təşəbbüskarlarından biri olmuş, prezident seçildikdən sonra isə onun administrasiyasının regionla bağlı baxışı parçalanma, münaqişələr, qarşıdurmalar çərçivəsində qurulub. Uzun dövr ərzində regionda ədalətə və sülhə nail olunmamasının əsas səbəblərindən biri də məhz bu amildən qaynaqlanıb. Bayden Administrasiyası Azərbaycanın regionda aparıcı dövlət olmasını, onun potensialını düzgün qiymətləndirməmiş və ardıcıl şəkildə Azərbaycanla əlaqələri pozmaq xəttini inkişaf etdirib. Donald Tramp Prezident seçildikdən sonra ABŞ-ın xarici siyasətində köklü dəyişikliklərə rəvac vermiş, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi dünyada sülh, barış yolunu tutmuş və dünya ölkələri ilə münasibətləırində də məhz bu amili əsas götürmüşdür. Bayden administrasiyasından fərqli olaraq Prezident Tramp daha rasional, zamanın tələblərinə uyğun siyasət yürütmüş, bunun tərkib hissəsi kimi ölkəsinin Azərbaycanla əlaqələrini yenidən qiymətləndirmiş, Azərbaycanla əlaqələrinin inkişafını və regional sülhün təmin edilməsini əsas istiqamət kimi götürmüş və həyata keçirməyə başlayıb. Ona görə də ABŞ-Azərbaycan əlaqələrinin transformasiyası və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması bir birini tamamlayır və vahid bir prosesin tərkib hissələri kimi qiymətləndirilir. 

ABŞ ilə Azərbaycan arasında münasibətlərin son bir ildə yeni mərhələyə keçməsi, Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması, "907-ci düzəliş"in dondurulması, TRIPP layihəsi üzrə razılaşmalar və Azərbaycan-Ermənistan sülh müqaviləsinin paraflanması Cənubi Qafqazda yeni siyasi və geosiyasi reallıqlar formalaşdırıb. Bu proseslər həm regional təhlükəsizlik, həm də gələcək əməkdaşlıq perspektivləri baxımından mühüm hadisələr kimi qiymətləndirilir.

2025-ci il avqustun 8-də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması Prezident İlham Əliyevin fəaliyyətinin nəticəsi və müharibədə qalib olan dövlət başçımızın sülhdə də qələbəsidir. Prezident İlham Əliyev müharibədə qalib olaraq və Ermənistanı sülhə məcbur edərək yeni reallıq yaratdı. Bugünkü sülh, təhlükəsizlik mühitinin güclənməsi, Ermənistanın revanşist iddialardan geri çəkilməsi, konstitusion islahatlara razı olması və bu istiqamətdıə iş aparlması bunun nəticəsidir.

  • Politoloq Abutalıb Səmədov Sherg.az-a bildirib ki, Ağ Evdə Azərbaycan və Ermənistan liderinin Prezident Trampın şahidliyi ilə, iştirakı ilə görüşməsi, müəyyən sənədlərin imzalanması, verilən bəyanatlar, təbii ki, bölgədə qarşılıqlı inamın, etimadın artmasına, sabitliyin təmin olunmasına gətirib çıxarıb.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan-ABŞ münasibətləri də yeni mərhələyə qədəm qoyub. Bu münasibətlər təkcə siyasi dialoqun intensivləşməsi ilə deyil, həm də strateji tərəfdaşlığın genişlənməsi, iqtisadi və nəqliyyat layihələri üzrə əməkdaşlığın dərinləşməsi ilə xarakterizə olunur:

"Artıq Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində konkret addımlar atılır. ABŞ bu layihənin həyata keçirilməsi üçün 400 milyon dollardan artıq vəsait ayırıb. Bu isə Vaşinqtonun regionda uzunmüddətli sülhün və iqtisadi əməkdaşlığın möhkəmlənməsində maraqlı olduğunu göstərir. Eyni zamanda, son dövrdə Azərbaycan ilə ABŞ arasında siyasi təmasların intensivləşməsi və strateji tərəfdaşlıq istiqamətində atılan addımlar ikitərəfli münasibətlərin yeni mərhələyə yüksəldiyini göstərir”. 

  • A. Səmədov bildirib ki, həyata keçirilən bu addımlar nə Rusiyanın, nə də İranın maraqlarına uyğundur. Onun sözlərinə görə, hazırda hər iki dövlət müxtəlif geosiyasi problemlərlə məşğul olduğundan Cənubi Qafqazdakı proseslərə ciddi müdaxilə imkanları məhduddur:

“Lakin bu, gələcəkdə risklərin tam aradan qalxdığı anlamına gəlmir. Ukrayna müharibəsi başa çatdıqdan və Rusiyanın diqqəti həmin istiqamətdən ayrıldıqdan sonra həm Moskvanın, həm də Tehranın Cənubi Qafqazdakı proseslərə daha fəal müdaxilə etməyə çalışacağı istisna deyil. Regionda formalaşan yeni geosiyasi vəziyyət hər iki ölkənin maraqlarına uyğun gəlmir. Xüsusilə İranın son dövrlərdə səsləndirdiyi bəyanatlar göstərir ki, Tehran "Tramp marşrutu" və ya Zəngəzur dəhlizinin reallaşmasının qarşısını almaq üçün bütün imkanlarından istifadə etməyə çalışacaq. Mövcud geosiyasi reallıqlar hər iki ölkəni müəyyən mənada bu vəziyyətlə hesablaşmağa məcbur etsə də, gələcəkdə Azərbaycan üçün həmin istiqamətlərdən qaynaqlanan risklərin qalacağı ehtimalı mövcuddur”.

  • Politoloqun sözlərinə görə, bu səbəbdən nə Azərbaycan, nə də Ermənistan bölgədə sabitliyin tam təmin olunduğunu düşünərək arxayınlaşmamalıdır:

“Hər iki ölkə gələcəkdə baş verə biləcək mümkün təxribatların qarşısını almaq üçün indidən zəruri hazırlıq işləri görməli, regional təhlükəsizlik və əməkdaşlıq mühitinin qorunmasına xüsusi diqqət yetirməlidir. Məhz belə bir şəraitdə Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış və praqmatik xarici siyasət, xüsusilə də ABŞ ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir. Vaşinqtonla əməkdaşlığın genişlənməsi ölkənin təhlükəsizlik maraqlarının təmin olunmasına, bölgədə formalaşan yeni geosiyasi reallığın qorunmasına və uzunmüddətli sülhün möhkəmləndirilməsinə mühüm töhfə verir”.