Ukraynada hərbi vəziyyət nə zaman ləğv ediləcək? - AÇIQLAMA
Yusif Nəzərli
15:53 12.03.2025
Gündəm
317
Ukraynada hərbi vəziyyət yalnız müharibə başa çatdıqdan sonra ləğv ediləcək.
“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski brifinq zamanı bildirib.
Atəşkəsdən sonra hərbi vəziyyətin ləğvinin mümkünlüyü ilə bağlı sualı cavablandıran Zelenski qeyd edib ki, əsas mərhələ atəşkəsdir.
“Biz atəşkəsə hazırıqmı? Bəli. Məsələ Rusiya tərəfinin buna hazır olub-olmamasıdır”, - Ukrayna lideri vurğulayıb.
Onun sözlərinə görə, beynəlxalq tərəfdaşlar tərəfindən atəşkəs prosesinin texniki monitorinqi də vacibdir: “Göydə və dənizdə sükutu izləmək mümkündür, amma hər yerdə atəşkəsdən danışırıqsa, tərəfdaşlardan texniki dəstək lazımdır”.
Zelenski bildirib ki, müharibənin dayandırılması və Ukraynanın təhlükəsizliyinə zəmanət verilməsi üçün mərhələli plan hazırlandıqdan sonra onun mərhələli şəkildə həyata keçirilməsinə başlanılacaq.
“Müharibə bitdikdən sonra hərbi vəziyyət ləğv ediləcək. Ardından Ukrayna qanunvericiliyinə uyğun şəkildə seçkilər keçiriləcək. Heç kim bilərəkdən heç nəyi təxirə salmayacaq”, - Ukrayna Prezidenti söyləyib.
Xatırladaq ki, bundan əvvəl Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq ABŞ-nin Kiyevdən 2025-ci ilin sonuna qədər, xüsusən də Rusiya ilə atəşkəs əldə olunacağı halda, seçki keçirməsini istədiyini bəyan etmişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya
Rubio müttəfiqləri BCM-ə qarşı ABŞ-ın yanında olmağa çağırıb
19:12 09.10.2026
Dünya
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir
18:53 09.10.2026
Dünya
Ukrayna Rusiya hava məkanını bağlamağa başladığını elan edib
18:50 09.10.2026
Dünya
Latviya XİN rəhbəri Azərbaycan səfiri ilə görüşüb
18:35 09.10.2026
Gündəm
Ölkədə 163 uşaq ölü doğulub - RƏSMİ
18:01 09.10.2026
Cəmiyyət
Xəzəri xilas etməyin yolu var - Hidroloq 3 əsas səbəbi açıqladı
17:53 09.10.2026
Ekologiya
Ararat Mirzoyan Hakan Fidanla telefon danışığı aparıb
17:40 09.10.2026
Gündəm
Akif Aşırlı: "Biz şəriət dövləti istəmirik”
17:36 09.10.2026
Gündəm
Azərbaycan Mərkəzi Asiya ilə yeni güc xətti qurur - ŞƏRH
17:18 09.10.2026
Gündəm