Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp növbəti telefon danışığı aparıblar. Sherg.az xəbər verir ki, bu barədə Rusiya liderinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.
Onun sözlərinə görə, Putin Trampın diqqətini Kiyevin Novqorod vilayətində yerləşən dövlət iqamətgahına qarşı həyata keçirdiyi terror aktına yönəldib. Uşakovun vurğuladığına görə, ABŞ lideri Kiyevin bu hücumundan şoka düşüb və bildirib ki, bu hadisə ABŞ-ın Vladimir Zelenski ilə işgüzar yanaşmasına təsir göstərəcək.
Bundan əlavə, Rusiya və ABŞ prezidentləri Vaşinqtonla Kiyev arasında Floridada aparılan danışıqları da müzakirə ediblər və “çox dostcasına” şəkildə qarşılıqlı dialoqu davam etdirmək barədə razılığa gəliblər.