“Ürəklərimiz Şuşa sevgisi ilə döyündü”
Turan
09:43 09.11.2020
Gündəm
686
"Şuşanın işğaldan azad edilməsi məhz rəşadətli Ordumuzun və müzəffər Ali Baş Komandanımızın döyüşkənliyi, əzmi, qətiyyəti sayəsində mümkün oldu".
Bunu "Sherg.az"a açıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov deyib.
Partiya rəhbəri bildirib ki, savaş tariximiz qəhrəmanlıqlarla dolu tarixdir:
"Bu cür fədakar və qəhrəman əsgərləri olan bir Ordunun torpaqları əbədi olaraq işğal altında qala bilməzdi, qalmadı da. Milli Ordusunu qurmuş, Ordu-Millət olmuş, öz içində ölümü öldürmüş, Qələbəyə köklənmiş qeyrətli xalqımızı və Ali Baş Komandanımızı Allahdan başqa kimsə durdura bilməzdi. Bu xalq düz 30 il səbr etdi.
Lakin ermənilərin 30 illik "sülhsevərlik" imitasiyasından, ATƏT-in vasitəçilərinin xalqımızı illər boyu aldatmalarından sonra hər biri bir aslan parçası olan əsgərlərimiz haqqımızı bərpa etmək üçün yola çıxdılar.
Şuşa nəinki Qarabağın, nəinki Azərbaycanın, hətta bütün Qafqazın incisi sayılır. Bunu Prezident İlham Əliyev də bu gün xalqa müraciətində qeyd etdi. Şuşa bütün azərbaycanlılar üçün ruh ocağı, mənəvi Məkkə anlamını daşıyır. Budur, artıq üçrəngli Bayrağımız Şuşamızın hər yanında dalğalanır".
Ə.Hüseynov bildirib ki, ürəklərimiz Şuşa sevgisi ilə döyündü:
"Bu günü bizə nəsib edən Uca Allahımız, hökmünə, ədalətinə min şükür. Torpağımızın hər qarışı uğrunda, o cümlədən Şuşa uğrunda canlarını fəda edən əziz şəhidlərimizin ruhları şad olsun.
Onların mübarək ruhları qarşısında baş əyirik! Bu Qələbənin dadını bizə dadızdırmaq naminə soyuğa, yağışa baxmayan, dağlı-dərəli cəbhə yollarında min bir əziyyətə sinə gərən, yaralansa da belə vuruşmağa davam edən qəhrəman əsgər və zabitlərimizin alnından öpürəm.
Allah sizi qorusun, igidlər! Bizə bu tükənməz sevinci yaşadan mübariz və müdrik Ali Baş Komandanımıza eşq olsun! Siz ən xoş sözlərə, alqışlara layiqsiniz, cənab Prezident! Sizi və bütün hərbçilərimizi təbrik edirik! Siz tarix yazdınız.
İnşAllah bütün Qarabağ torpaqları işğaldan azad ediləndə bu tarixə şanlı möhürünüzü vuracaqsınız. Allah sizə Yar olsun!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ronaldu Portuqaliya-Özbəkistan matçının ən yaxşı oyunçusu oldu
00:21 24.06.2026
Futbol
Meloni: Trampla mübahisəni qızışdırmaq niyyətim yoxdur
00:00 24.06.2026
Dünya
Tramp: Livanda atəşkəsin reallığa çevriləcəyinə inanıram
23:44 23.06.2026
Dünya
ÜST: "Ebola virusu sürətlə yayılır"
22:59 23.06.2026
Sağlamlıq
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq
22:40 23.06.2026
İnfrastruktur
Ronaldo altı fərqli mundialda qol vuran ilk futbolçu olub
22:26 23.06.2026
Futbol
Oman Sultanlığı Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib
21:38 23.06.2026
Siyasət
İsmayıllıda bədbəxt hadisə: Traktorun altında qalan kişi öldü
21:27 23.06.2026
Hadisə
İran rəsmisi: ABŞ məhsullarını almaq məcburiyyətində deyilik
21:14 23.06.2026
Region
Ərdoğan Navrotski ilə görüşdü
21:01 23.06.2026
Gündəm
Putin: Rusiya Ukrayna ilə sülh danışıqlarına hazırdır
20:25 23.06.2026
Gündəm
Ağcabədidə itkin düşən qohumlar tapılıb - YENİLƏNİB
20:14 23.06.2026
Hadisə
ABŞ-nin İranın sərt tələblərinə dözməyinin səbəbi var - ŞƏRH
20:00 23.06.2026
Gündəm
Putin: Sülh danışıqları Ukraynanın təşəbbüsü ilə dayandırılıb
19:14 23.06.2026
Dünya