Uşağın anormal doğulmasına səbəb süni mayalanmadır? - "Bilən də, bilməyən də rəy yazır"
Məlahət Rzayeva
13:15 12.11.2019
Gündəm
1188
Paytaxtda anomal körpənin dünyaya gəldiyi xəbəri yayılıb. Körpənin hansı xəstəxanada doğulduğu, oğlan və ya qız uşağı olduğu bildirilmir. Məlumatda qeyd olunan budur ki, körpənin ağzı yoxdur, qulaqları isə boynundadır. Anormallığa səbəb kimi xromosom pozğunluğu göstərilir.
Körpələrin belə anormallıqlarla doğulması daha çox süni mayalanma ilə əlaqələndirilir. Son zamanlar cütlüklərin süni mayalanmaya tez-tez müraciət etdiyi, təbii hamiləliyin getdikcə azaldığı, süni mayalanmada isə anormallıq riskinin yüksək olduğu bildirilir.
Həkim-ginekoloq Fəxranə Hüseynzadə “Şərq”ə açıqlamasında ağzı olmayan körpə ilə bağlı məlumatı oxuduğunu dedi:
"O məlumatı oxumuşam. Belə məlumatlar ictimaiyyəti çaşdırır. Heç bir fakta söykənməyən, həqiqiliyi şübhə doğuran məlumatları ictimaiyyətə ötürmək olmaz. Xəbəri paylaşırlar, bilən də, bilməyən də rəy yazır. Həkim olmayanlar “səbəb” axtarışına çıxır. Süni mayalanma isə, heç də deyildiyi kimi geniş yayılmayıb. Çünki çox bahalıdır. Süni mayalanma zamanı tələb olunan müayinələr təbii hamiləlikdən xeyli fərqlənir. Genlərin yoxlanması və başqa zəruri analizlərin aparılmasına böyük məbləğdə vəsait tələb olunur. Süni mayalanma elə də sadə məsələ deyil. Amma süni mayalanma ilə hamiləlikdə təhlükə daha artıqdır, nəinki təbii hamiləlikdə. Süni mayalanmada düşük riski də, döldə anormallıq riski daha çoxdur. Ancaq məhz hansı anomaliyalar daha çox müşahidə olunur, bu, elm tərəfindən hələ müəyyənləşməyib. Süni mayalanmaya müraciət edənlərin guya artması fikri isə, sadəcə, bu sahə ilə məşğul olan həkimlərin çoxalması və reklamlardan qaynaqlanır. Əksinə, süni mayalanma təklif edilən cütlüklər bununla heç də asan razılaşmır. İnamsız yanaşırlar".
F.Hüseynzadə qeyd etdi ki, hamiləlikdə əsas şərtlərdən biri vaxtlı-vaxtında müayinələrdən keçməkdir:
"Hamilə xanımlarımız vaxtlı-vaxtında müayinələrdən keçmirlər. Əgər vaxtında analizlərdən keçsələr, döldə anormallıq varsa, vaxtında aşkarlanar və zərurət olduğu halda da hamiləlik süni yolla bitirilər. Anormal körpələr də dünyaya gəlməz. Bəzən hamilə xanımlar nə olursa-olsun körpəsini dünyaya gətirməkdə israr edir. Belədə həkim də əlacsız qalır".
F.Hüseynzadə bildirdi ki, süni mayalanma zərurəti üçün şərtlər müxtəlifdir:
"Evliliyin ilk il yarım müddətində təbii hamiləlik baş vermirsə, həkimə müraciət edilməsi hələ tezdir. Müxtəlif analizlər vermək olar. Amma 1 il yarım müddət gözləmək üçün normaldır. Yalnız 1il 6 ay keçdikdən sonra cütlüklər müalicə üçün həkimə müraciət etməlidir və müayinələr, analizlər əsasında hamiləliyə mane olan səbəblər aşkarlanmalıdır. Bəzən cütlüklər, yaxud da valideynləri çox tələsir, hamiləliyin dərhal, qısa zamanda baş verməsini istəyirlər. Bu, tamamilə yanlışdır. Süni mayalanma üçünsə müddət 5 ildən az götürülmür. Bunun üçün də şərtlərə baxılır. Kişi və ya qadının yaş həddi, yumurtalıqların vəziyyəti və sairə. Burada müxtəlif müayinələr, analizlərə baxılmalıdır. Yəni, kimsə elə zənn etməsin ki, həkimə müraciət edənlərə dərhal süni mayalanma təklif edilir. Belə deyil. Süni mayalanma üçün yetərli tibbi göstəriş olmalıdır".
Oxşar xəbərlər
Azərbaycanın rolu artıq yalnız Cənubi Qafqazla məhdudlaşmır - Mehmet Gökhan Özçubukcu
20:53 16.09.2026
Paşinyan cəmiyyətini sülhdən başqa yolun olmadığına inandırmağa çalışır - Politoloq
19:43 16.09.2026
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə