
USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür - ŞƏRH
Yusif Nəzərli
22:32 05.02.2025
Gündəm
506
Təşkilatın radikalizmi stimullaşdırması ayrı-ayrı ölkələrdə deyil, bütövlükdə dünyada sivilizasiyalararası qarşıdurmanı artırır
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) ləğvi prosesinə start verilib. USAİD-in Vaşinqtonda yerləşən baş qərargahı administrasiyanın qərarı ilə bağlanıb. Üstəlik, təşkilatın fəaliyyəti ilə bağlı bir sıra qanunsuzluqlar da üzə çıxıb. Agentlik korrupsiyada, yəni ehtiyacı olan ölkələrə və icmalara yardım proqramına yönəldilməli olan vəsaitlərin oğurlanmasında ittiham olunur. ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentini (DOGE) idarə edən İlon Mask açıq şəkildə USAİD-i cinayətkarlıqda ittiham edib.

“Sherg.az”a açıqlamasında USAİD-in ləğv olunmasının Azərbaycan və digər ölkələrə təsirindən danışan Milli Məclisin deputatı Elçin Mirzəbəyli USAİD-in ayrı-ayrı ölkələrdəki separatçı qurumları maliyyələşdirməsi, ölkələrin daxili işlərinə müdaxiləsi, SOROS-un maraqlarının müdafiəsi istiqamətində atdığı addımları radikal dəlilik adlandırıb:
“USAİD-in radikalizmi stimullaşdırması ayrı-ayrı ölkələrdə deyil, bütövlükdə dünyada sivilizasiyalararası qarşıdurmanı artırır. Bu isə bəşəri cinayət hesab edilir”.
Millət vəkilinin sözlərinə görə, USAİD-in pulunun ən yaxşı halda 10 faizi ehtiyacı olan insanlara kömək edən real layihələrə çatır. Yerdə qalanı isə təxribat törətmək üçün istfadə edilir:
“Azərbaycan da dəfələrlə bu təsisatın əsl məqsədlərinin nə olduğunu açıq şəkildə bəyan edib. Bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində demişdi ki, Donald Tramp hakimiyyətə gəldikdən sonra USAİD-in fəaliyyətini qadağan edə bilər. Hazırkı vəziyyəti analiz etdikdə hadisələrin elə həmin istiqamətdə cərəyan etdiyini görürük. Ölkədə qrantla qidalananların və qrant verənlərin özlərini ağa kimi apardıqları dövrü olduğunu, lakin bunun qarşısının alındığını bəyan etmişdi”.
Rəsmi Bakının ta əvvəldən USAİD-ə qarşı münasibətinin birmənalı olmadığını xatırladan politoloq Zaur Məmmədov isə deyib ki, USAİD son iki ildə Azərbaycan-Ermənistan münasibətlərində tərəf tutmağa başlayıb, hökumətə qarşı ittihamlar səsləndirib:
“USAİD-in Azərbaycana qarşı qərəzli ittihamları əsasən 2023-cü ilin sonunda, rəsmi Bakının Qarabağda birgünlük lokal antiterror əməliyyatı ilə ərazi bütövlüyünü bərpa etməsindən sonra başlayıb. Həmin vaxt USAİD-in rəhbəri Samanta Pauer demişdi ki, bir günlük antiterror əməliyyatı nəticəsində "yüz mindən çox insan evlərini tərk etməyə, qonşu Ermənistana köçməyə məcbur olub". Halbuki, birgünlük antiterror əməliyyatından dərhal sonra Ermənistanın Baş naziri Nikol Paşinyan bəyanat verdi ki, dinc əhaliyə qarşı heç bir zorakılıq olmayıb, sadəcə, əhali Azərbaycanın yurisdiksiyasında yaşamaq istəməyərək Ermənistana köçüb. Həmin vaxt Azərbaycan hökuməti dinc əhaliyə erməni dilində müraciət etdi ki, Azərbaycan vətəndaşlığını qəbul edib yaşaya bilərsiz. Lakin 20 nəfərdən başqa bunu heç kim qəbul etməyib. Samanta Pauer isə bu fikri ilə, nədənsə, ermənilərdən daha çox erməni olmağa uğursuz cəhd göstərdi. Görünən odur ki, Donald Tramp USAİD-in fəaliyyətini kardinal şəkildə dəyişməyi planlaşdırıb. Bu dəyişiklik isə bütün dünyanın hiss edəcəyi səviyyədə olacaq. Çünki maliyyələşənlər arasında dövlətlər, səhiyyə sahələri, milyonlarla insanlar da var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət