Uşaqlar arasında su çiçəyi yayılıb: Xəstələr klinikalarda yox, ev şəraitində müalicə olunmalıdır
Məlahət Rzayeva
09:59 18.02.2020
Gündəm
2935
“Son aylar yayılmış viruslardan xilas olmamış, indi də su çiçəyi yayılıb. “Səpki” deyib keçməyin, uşaqları həkimə göstərin”. Bu xəbərdarlığı pediatr Vaqif Qarayev sosial şəbəkə üzərindən paylaşıb.
“Şərq”ə açıqlamasında isə pediatr uşaqlar arasında su çiçəyinə yoluxanların sayında son günlər artım müşahidə edildiyini dedi:
- Son vaxtlar uşaqlar arasında su çiçəyi yayılıb. Bunu sosial şəbəkədəki paylaşımlardan bilmək olur. Valideynlər səpkili uşaqların fotolarını paylaşırlar. Bu vəziyyətdə valideynlər diqqətli olmalıdır. Su çiçəyi də yoluxucu xəstəlikdir. Ona görə də ilk növbədə, uşaqların tibb müəssisələrinə, poliklinikalara, klinikalara aparılması məhdudlaşdırılmalıdır. Ümumiyyətlə qayda belədir ki, yoluxucu xəstəliklər artırsa, tibb müəssisələrinə gedişlər azalmalı, evə çağırışlar çoxalmalıdır. Xəstə uşaqlar ev şəraitində müayinə olunmalı, müalicəsi aparılmalıdır. Su çiçəyində əsas müalicə üsulu əhali arasında “zelyonka” adlanan brilyant yaşılı məhlulundan istifadədir. Onu səpkilərin üzərində çəkirlər, səpkilər tədricən qurumağa, getdikcə itməyə başlayır. Səpkilər həm ləkə şəklində, həm də içi mayeli olur. Su çiçəyinin ən kəskin dövrü ilk 4-5 gündür. Sonra səpkilər tədricən azalmağa başlayır. Amma diqqət ediləsi əsas məqam qızdırmadır. Səpkilər qızdırmaya səbəb olur. Səpkilər atdıqca qızdırma yaranır, bəzən hərarət “oynayır”. Valideyn gərək buna fikir versin.
V.Qarayev su çiçəyinin əsasən soyuq havalarda baş qaldırdığını dedi:
- Su çiçəyi, skarlatina, qızılca, məxmərək... bunlar da səpkili xəstəlikdir. Amma hərəsinin öz xüsusiyyəti var. Uşaqda səpki əmələ gəlibsə, mütləq həkimə müraciət edilməlidir. “Səpkidir, keçib gedər” deyib səhlənkarlıq göstərilməməlidir. Su çiçəyi qızılca kimi ağır xəstəlik deyil, amma zamanında müdaxilə olunmasa onun da fəsadları ola bilər. Su çiçəyi bəzən pnevmaniyaya gətirib çıxara bilir. Su çiçəyi də virus infeksiyası olduğu üçün immuniteti zəiflədir, ona görə də orqanizmdə fəsadlar yarana bilər. Əsas odur ki, qızdırmaya nəzarət edilsin.
V.Qarayev su çiçəyinə qarşı peyvənd aparılmadığını da bildirdi:
- Başqa ölkələrdə su çiçəyinə qarşı peyvənd aparırlar. Amma bizdə su çiçəyinə qarşı peyvənd yoxdur. Məsələn, qızılcaya qarşı peyvənd 1 və 6 yaşda aparılır. Bəzən təkrar peyvəndlər də aparılır. Peyvənd olunubsa, o demək deyil ki, həmin xəstəliyə tutulmayacaq. Üstünlük bundadır ki, peyvəndlər xəstəliyin asan keçirilməsinə kömək edir, fəsadların qarşısı alınır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm