ABŞ mediasının məlumatına görə, Vaşinqton Venesuelaya qarşı əməliyyatdan sonra 500 milyon dollar dəyərində Venesuela neftinin ilk satışını tamamlayıb və satışlar davam edəcək.
Sherg.az xəbər verir ki, Bildirilir ki, Tramp administrasiyası Venesuelanın neft infrastrukturunun bərpası üçün neft şirkətləri ilə danışıqlar aparır, lakin şirkətlər hüquqi və təhlükəsizlik risklərinə görə sərmayəyə ehtiyatla yanaşır.
ABŞ Prezidenti Donald Tramp Venesuelada neft sənayesinin yenidən qurulacağını açıqlayıb. Maduro həbs edildikdən sonra ölkədə siyasi gərginlik davam edir, müvəqqəti prezident təyin olunub və yaxın zamanda seçkilərlə bağlı fikir ayrılıqları mövcuddur.