ABŞ-nin vitse-prezidenti Cey Di Vens Zvarnots hava limanında jurnalistlərin suallarını cavablandırarkən Bakıda erməni məhbusların məsələsini qaldıracağını bildirib.
Mövzu ilə bağlı Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov "Sherg.az"a hazırkı mərhələdə bu məsələnin həllinin mümkün olmadığını deyib. Onun sözlərinə görə, bu mövzunun indi gündəmə gətirilməsi real deyil:
“Mən istəyirəm ki, onlara necə hökm verilibsə, yəni ömürlük həbsdə, zindanda qalsınlar. Ancaq bu məsələyə 3–5 ildən sonra yenidən baxıla bilər, təbii ki, humanistlik cəhətdən. Ancaq indi bu, qeyri-mümkündür” - deyə sabiq nazir vurğulayıb.