Viktor Orban müxalif Avropa deputatlarını Brüssellə əlbir olmaqda ittiham edib
Yusif Nəzərli
11:19 12.04.2025
Gündəm
331
Macarıstanın Baş naziri Viktor Orban müxalif Tissa partiyasını (Tisza Part) Avropa İttifaqı ilə əlbir olmaqla bağlı tənqid edib.
AZƏRTAC xəbər verir ki, bu gün ənənəvi radio verilişində çıxış edən Macarıstan hökumətinin başçısı deyib ki, “biz bunu öz qulağımızla eşitmişik və öz gözümüzlə görmüşük”. O, partiyanı macar xalqına qarşı sui-qəsddə Brüssellə əlbir olmaqda ittiham edib.
V.Orbanın müxalifət partiyasını tənqid etməsi onunla bağlıdır ki, ölkə rəhbərliyinin fikrincə, müxaliflər Avropa İttifaqı ilə Macarıstan iqtisadiyyatını və səhiyyə sistemini məhv etmək, eləcə də ölkə sakinlərinin həyat səviyyəsini aşağı salmaq barədə razılığa gəliblər. Onun sözlərinə görə, bütün bunlar macar ailələrinə zərər vermək, onları taqətdən salmaq, məhv etmək üçün edilir və bunun müqabilində Brüssel bu partiyanın hakimiyyətə gəlməsinə kömək edəcəyinə söz verib.
"Bu, Macarıstan demokratiyası üçün qara gündür! Ölkənin parlament üzvləri macarların maraqları naminə işləmək üçün xalq tərəfindən seçilərək Avropa Parlamentinə göndərilib. Bu gün məlum olub ki, Tissa partiyasından olan deputatlar macarların əleyhinə işləyirlər. Bu, Macarıstan parlamentinin deputatlarıdır".
“Brüsseldə macarlara qarşı işləyənlər Macarıstanın ictimai həyatından silinməlidir!”, -deyə hökumət başçısı qəzəblə bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio İsrailin ABŞ-İran razılaşmasını pozmağa çalışdığını düşünmür
22:36 24.06.2026
Dünya
Ölümlə həyat arasında: Norveç şahzadəsi ağır əməliyyatdan çıxdı
22:20 24.06.2026
Dünya
İran XİN sözçüsü Rubionun açıqlamalarına münasibət bildirib
21:46 24.06.2026
Gündəm
ABŞ bizdən bunu tələb etməyib - Katz
21:29 24.06.2026
Dünya
Ruslar böyük itkilər verirlər, inanılmaz rəqəmlərdir - Rutte
21:02 24.06.2026
Dünya
Qaraçuxurda güclü yanğın baş verib
20:48 24.06.2026
Hadisə
İranla danışıqlar iyunun 30-da davam etdiriləcək
20:35 24.06.2026
Gündəm
Messi: Tanrıdan daha bir çempionluq diləmək çox olardı
20:34 24.06.2026
Futbol
Milli Məclisin sədri Qalibafla görüşüb
19:47 24.06.2026
Siyasət
Əli Əsədov Numan Qurtulmuşla görüşdü
19:38 24.06.2026
Siyasət
Şərurda ilan 60 yaşlı kişini sancıb
19:31 24.06.2026
Hadisə
İraq Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:48 24.06.2026
Rəsmi
Naxçıvanın bəzi çaylarından sel keçir
18:33 24.06.2026
Ekologiya
Gəncə Birləşmiş Xəstəxananın direktoru vəzifəsindən azad edilib
18:31 24.06.2026
Cəmiyyət