“ABŞ Prezidenti Donald Trampın Qəzza Sülh Şurasına üzvlüklə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana etdiyi dəvət Ankara üçün regional güc olmaq baxımından fürsət yaratsa da, siyasi məsuliyyət riskini də özü ilə gətirir”.
Teleqraf xəbər verir ki, bunu ingilis analitik Tim Vilson deyib.
“Bu, İsrailin ən yaxşı halda seyrçi qaldığı bir strukturdur. Türkiyə iki formada görünür: ən yuxarıda Ərdoğana ünvanlanan dəvət və icra mexanizmində xarici işlər naziri Hakan Fidanın adı. Bu niyə təəccüblüdür? Çünki bu, son iki ildə aparılan müzakirələrin tam əksinə gedir. İsrail Qəzzada türk əsgərlərinin mövcudluğunun qəbuledilməz olduğunu dəfələrlə bəyan edib. Türkiyənin beynəlxalq sabitləşdirici missiyada yer almaq istəyi də İsrailin etirazları ilə qarşılaşıb. Amma Türkiyə bu dəfə başqa qapıdan - ordu kimi yox, təminatçı, vasitəçi və idarəçi kimi prosesə daxil edilir”, - o vurğulayıb.
Vilson qeyd edib ki, Tramp Ərdoğanın ciddi seçim etməsinə səbəb olacaq Qəzza planı hazırlayıb, Türkiyə bölgədə qərarverici mövqeyə yüksələ bilər, amma uğursuzluq halında bütün məsuliyyətin də üzərinə düşməsi ehtimalı var:
“Tramp Ərdoğana qızıl dəyərində seçim təqdim etdi, qəbul edərsə, Türkiyə vazkeçilməz olar, amma məsuliyyət də daşıyacaq, rədd edərsə, Türkiyə mənəvi mövqeyini qoruyacaq, amma müharibədən sonrakı mərhələni formalaşdırmaq şansını itirəcək”.