Volodimir Zelenski ABŞ-nin təklifini rədd etdi
Yusif Nəzərli
13:58 10.05.2025
Gündəm
374
“Bufer zonanın yaradılması ideyası ölüdür, heç kim rəsmi Kiyevə belə bir təklif verməyib”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Əvvəlcə atəşkəs, sonra hər şey... Xüsusilə demilitarizasiya zonası, bufer zona, qoşunların cəbhə xəttindən çıxarılması ilə bağlı çoxlu təfərrüatlar var. Mən bu barədə mediada, eləcə də bir çox müxtəlif insanlar və müxtəlif kəşfiyyat orqanlarından eşitmişəm. Rəsmi olaraq heç kim Ukraynaya belə bir şey təklif etməyib, amma hamı bizimlə hansısa imkanlar, başqa təcrübələr axtarır. Bu ideya ölüdür”, - Zelenski bildirib.
Xatırladaq ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq bundan əvvəl həm Ukrayna, həm də Rusiyanın nəzarətində olacaq demilitarizasiya zonası ideyasını səsləndirib. Onun sözlərinə görə, 30 günlük atəşkəs bu baxımdan həlledici amil ola bilər.
Kelloq istisna etməyib ki, indiki cəbhə xətti boyunca müharibə dondurula və bu xətt boyunca daim nəzarətdə saxlanıla bilən müvəqqəti hərbsizləşdirilmiş zona yaradıla bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
16:05 02.10.2026
Gündəm
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib
16:03 02.10.2026
Siyasət