Vyetnam Kommunist Partiyasının Baş katibi Birgə Bəyanatda əks olunan müddəaların icrası üçün beş məsələ təklif edib
Yusif Nəzərli
17:02 07.05.2025
Gündəm
434
Vyetnamın Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bu gün imzalanan Birgə Bəyanatda əks olunan müddəaların icrası üçün beş məsələ təklif edib.
Sherg.az xəbər verir ki, Baş katib birinci məsələnin partiya, dövlət, parlament və rayonlar kimi bütün səviyyələrdə əlaqələri və təmasları fəallaşdırmaq olduğunu deyib. Diqqətə çatdırıb ki, ikincisi, hökumətlərarası komissiya vasitəsilə ticari-iqtisadi əməkdaşlığı fəallaşdırmaqdır. To Lam üçüncüsü məsələ ilə bağlı qeyd edib: “Biz müdafiə və təhlükəsizlik sahələrində əlaqələri fəallaşdırmalıyıq, informasiya təhlükəsizliyi, transmilli cinayətkarlıq və kibercinayətkarlıqla mübarizə sahələrində münasibətlərimizi inkişaf etdirməliyik”.
Dördüncü məsələnin mədəniyyət, idman və turizm, təhsil, xalqlararası təmaslar və regionlar sahələrində əməkdaşlığı genişləndirmək olduğunu vurğulayan To Lam, həmçinin bildirib: “Beşincisi, qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparmalıyıq və BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Toplantısı kimi təşkilatlarda bir-birimizi dəstəkləməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ və Ukrayna fondu faydalı qazıntılar üzrə ilk sazişini bağlayıb
01:21 03.10.2026
Gündəm
Türkiyə millisi yenə məğlub oldu
00:59 03.10.2026
Futbol
Türkiyədə silahlı atışma: ölənlər var
00:20 03.10.2026
Gündəm
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol