
"Xalqımızın adət və ənənələrində yas yerinə uşaq aparmaq yoxdur" - İlahiyyatçı
Yusif Nəzərli
10:32 28.06.2025
Gündəm
352
"Azərbaycan Respublikasının "Dini etiqad azadlığı haqqında" Qanununa əsasən, dini mərasimlərin yalnız məscid və ziyarətgahların ərazisində keçirilməsi nəzərdə tutulur".
Bu barədə Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi vətəndaşlara müraciətində qeyd edilib.
Bildirilib ki, iyunun 26-dan başlayan Məhərrəm ayında ibadət yerlərində təhlükəsizliyin təmin olunması, eyni zamanda, nəqliyyatın fasiləsiz hərəkətinin tənzimlənməsi məqsədilə müvafiq tədbirlər görülür.
"Xüsusilə qeyd etmək istəyirik ki, bəzi valideynlərin azyaşlı uşaqları dini mərasimlərə, o cümlədən təziyə məclislərinə aparması halları müşahidə olunmaqdadır. Bu zaman uşaqların həm fiziki, həm də psixoloji təhlükəsizliyi nəzərə alınmalıdır. Valideynlərdən xahiş edirik ki, azyaşlı uşaqların bu cür kütləvi mərasimlərdə iştirakının məqsədəuyğun olmadığını nəzərə alsınlar və qanunvericiliklə ziddiyyət təşkil edən halların qarşısının alınmasına xüsusi həssaslıqla yanaşsınlar. Hər bir vətəndaşın sağlamlığının, hüquqlarının və təhlükəsizliyinin qorunması bizim ümumi məsuliyyətimizdir", - deyə müraciətdə qeyd edilib.

Məsələni dəyərləndirən ilahiyyatçı Tural İrfan “Sherg.az”a açıqlamasında deyib ki, təşkil olunan təziyə məclisləri dində vacib sayılmır:
Belə bir məcburiyyət İslamda yoxdur. Sadəcə adət olaraq bəzi inanclı adamlar Məhərrəm ayı ilə əlaqədar müəyyən mərasimlər təşkil edirlər. Uşaqların belə məclislərdə iştirakı haqda dində bir əmr yoxdur. Uşaqlar və yeniyetmələr elmlə, təhsillə, dərsləri ilə, idmanla məşğul olsalar elə bunun özü İmam Hüseynin ruhunu şad edər. Nəinki böyüklərin iştirak etdiyi, bir qədər də xurafat və mövhumata zəngin məclislərdə iştirak etmək. Ümumiyyətlə xalqımızın adət və ənənələrində yas yerinə uşaq aparmaq yoxdur. İnsanlar ən yaxınının belə yasına gedəndə uşaqları aparmırlar. Uşaqlara mənəvi dəyərlərimizi, dinimizi, inancımızı aşılamaq lazımdır, lakin təziyə məclislərinə cəlb etmək barədə qəti göstəriş yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət
Zelenski payızda ölkədən getməyə hazırlaşır - Politoloqdan proqnoz
18:49 08.09.2026
Gündəm